Əlixan Musayev:
(Evlərində) oturub öz qardaşları barəsində: “Əgər onlar bizə qulaq asmış olsaydılar, öldürülməzdilər”– söyləyənlərə de: “Əgər doğru danışırsınızsa, onda ölümü özünüzdən uzaqlaşdırın!”
Bünyadov-Məmmədəliyev:
(Müharibəyə getməyib Mədinədə evlərində) oturan və (müharibəyə getmiş) qardaşları haqqında: “Əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər”, - deyənlərə (Ya Rəsulum!) söylə: “Əgər doğru deyirsinizsə, onda (bacarın) ölümü özünüzdən uzaqlaşdırın!”
Elmir Quliyev
:
Они сказали своим братьям, отсиживаясь дома: "Если бы они послушались нас, то не были бы убиты". Скажи: "Отвратите смерть от себя, если вы говорите правду".
Ələddin Sultanov:
(Evlərində) oturub qardaşları barəsində: “Əgər bizə tabe olsaydılar, öldürülməzdilər”, - deyənlərə de ki: “Onda, əgər doğru deyirsinizsə, ölümü özünüzdən uzaqlaşdırın!”
Kerbelayi Malik ağa:
Onlar (münafiqlər) özləri oturduqları (döyüşə getmədikləri) halda, döyüşə qatılan qardaşları üçün: ‘Əgər bizə itaət etsəydilər, öldürülməzdilər.’ dedilər. (Onlara) de ki: ‘Əgər (sözünüzdə) doğru kimsələrsinizsə, onda ölümü özünüzdən uzaqlaşdırın.’
Ələsgər Musayev:
O kəslər ki, oturdular, öz qardaşları barəsində
deyirlər: «Əgər itaət etsəydilər bizə, qətl olunmazdılar!» De:
«Rədd edin nəfsinizdən ölümü, əgər oldunuz sadiqlər!»
A.Mehdiyev və D.Cəfərli:
Ozl?ri (doyus? getm?yib evd?) oturan v? (dogma) qardaslar? (v? ya Uhud muharib?sind? oldurulmus oz m?sl?kdaslar?) bar?d? «?g?r onlar biz? tabe olsayd?lar, oldurulm?zdil?r!» dey?n k?sl?r? de: «(Indi ki, siz olumd?n qacmag?n yolunu bilirsiniz) onda, ?g?r dogrucusunzsa olumu ozunuzd?n d?f edin.»
Kövsər Tağıyev:
(Onlar) özləri oturub qaldıqları halda qardaşları üçün: “Əgər bizə qulaq assaydılar, öldürülməzdilər” deyən kimsələrdir. De ki: “Əgər doğru söyləyənlərsinizsə, ölümü özünüzdən dəf edin”.
M.Qənioğlu və T.Bilaloğlu:
Yerlərində oturaraq öz qardaşları barədə: “Əgər onlar bizə qulaq assaydılar, öldürülməzdilər.” - söyləyənlərə de: "Əgər düz danışansınızsa, özünüzdən ölümü uzaqlaşdırın!"
Sabirə Dünyamalıyeva:
Və onlara deyilmişdi: "Gəlin, Allah yolunda vuruşun, yaxud müdafiə olunun" deyilmişdi. Onlar: "Biz, döyüşməyi bacarsaydıq mütləq sizə tabe olardıq" dedilər. Onlar o gün imandan çox, Allahın məbud və rəbb olduğunu örtməyə yaxınlaşmışdılar. Onlar qəlblərində olmayan şeyləri şeyi dillərilə deyirlər. Allah, gizlədikləri şeyləri daha yaxşı biləndir. De ki: "Əgər doğru kəslərsinizsə, haydı, ölümü özünüzdən uzaqlaşdırın."