Əlixan Musayev:
Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, (onlar) diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir.
Bünyadov-Məmmədəliyev:
Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur.
Elmir Quliyev
:
Никоим образом не считай мертвыми тех, которые были убиты на пути Аллаха. Нет, они живы и получают удел у своего Господа,
Ələddin Sultanov:
Allah yolunda öldürülənləri, əsla ölülər zənn etmə! Əksinə, onlar diridirlər və Rəbbi dərgahında onlara ruzi verilir.
Kerbelayi Malik ağa:
Allahın yolunda öldürülənləri əsla ölülər sanmayın. Xeyr, onlar hayydırlar (diridirlər, canlıdırlar), Rəblərinin dərgahında onlara ruzi verilir.
Ələsgər Musayev:
Hesab etməyin o kəslər ki, Allah yolunda qətlə yetirilirlər,
ölüdürlər. Bəli, diridirlər! Rəblərinin yanında onların ruziləri
var.
A.Mehdiyev və D.Cəfərli:
Allah yolunda oldurul?nl?ri ?sla olu z?nn etm?, ?ksin?, diridirl?r v? onlara R?bbi yan?nda ruzi verilir.
Kövsər Tağıyev:
Allah yolunda öldürülənləri əsla ölülər sanma. Əksinə onlar diridirlər, Rəbləri qatında Allahın,
M.Qənioğlu və T.Bilaloğlu:
Allah yolunda öldürülənləri əsla ölülər hesab etmə! Əksinə, onlar diridirlər, öz Rəbbi dərgahında ruzilərini alırlar.
Sabirə Dünyamalıyeva:
Allah yolunda öldürülənləri də əsla ölmüş zənn etmə. Tamamilə tərsinə, onlar diridirlər, Allahın nemətlərindən verdiyi şeylərlə sevincli olaraq Rəbbi yanında ruzilənməkdədirlər.