Əlixan Musayev:
Allaha qarşı yalan uydurandan və ya Onun ayələrini yalan hesab edəndən daha zalım kim ola bilər? Doğrudan da, günahkarlar nicat tapmazlar.
Bünyadov-Məmmədəliyev:
Allaha iftira yaxan, Onun ayələrini yalan hesab edən adamdan daha zalım kim ola bilər? Günahkarlar nicat tapa bilməzlər!
Elmir Quliyev
:
Кто может быть несправедливее того, кто возвел на Аллаха навет или отверг Его знамения? Воистину, грешники не преуспеют.
Ələddin Sultanov:
Elə isə Allaha qarşı yalan uyduran, yaxud Onun ayələrini yalanlayan kimsədən daha zalım kim ola bilər?! Həqiqətən, günahkarlar nicat tapmazlar.
Kerbelayi Malik ağa:
Artıq Allaha qarşı yalan ilə iftira atandan və ya Onun ayələrini yalanlayandan daha zalım kim vardır? Şübhəsiz ki, O, günahkarları fəlaha (qurtuluşa) ərdirməz.
Ələsgər Musayev:
Zalim o kəsdən
kimdir ki, iftira edə Allahın üzərinə yalanı, yaxud yalan saya
ayətlərilə Onu? Həqiqətən, O cərimə olunmuşlara nicat verməz!
A.Mehdiyev və D.Cəfərli:
Buna görə də kim Allaha yalan yaxandan, ya Onun ayələrini təkzib edəndən daha zalımdır? Həqiqətən günahkarlar nicat tapmayacaqlar.
Kövsər Tağıyev:
Allaha qarşı yalan uydurandan və ya Onun ayələrini təkzib edəndən daha zalım kim ola bilər? Şübhə yoxdur ki, (belə) günahkarlar əsla qurtuluşa nail olmazlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Allaha qarşı yalan uydurandan və ya Onun ayələrini yalan hesab edəndən də zalımı kim ola bilər? Həqiqətən, günah işlədənlər uğur qazanmazlar!
Sabirə Dünyamalıyeva:
Elə isə, Allahın əleyhinə bir yalanı uyduran və ya Onun ayələrini/işarətlərini/nişanələrini inkar edən adamdan daha səhv; öz zərərinə olan əməli işləyən kim ola bilər? Heç şübhəsiz ki, bu günahkarlar nicat tapmayacaq.