Nəhl Surəsi 17. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi?
Bünyadov-Məmmədəliyev:
Heç yaradan (Allah) yaratmayana (bütlərə) bənzəyərmi?! Məgər düşünmürsünüz?! (Belə bir sadə, açıq-aydın həqiqəti xatırlayıb bütlərə ibadət etməyin səhv olduğunu anlamırsınız?!)
Elmir Quliyev :
Разве Тот, Кто творит, подобен тому, кто не творит? Неужели вы не помяните назидание?
Ələddin Sultanov:
Elə isə yaradan (Allah) yarada bilməyən (bütlər) kimi ola bilərmi?! Bəs siz (bunları) düşünüb öyüd almırsınızmı?
Kerbelayi Malik ağa:
Yaradan kimsə yaratmayan kimsə kimidirmi? Hələ təzəkkür etmirsiniz?
Ələsgər Musayev:
Ə, o kəs ki, xəlq edir, o kəs kimidir ki, xəlq edə bilməyə? Ə, yad etməzsinizmi?
A.Mehdiyev və D.Cəfərli:
Belə isə, heç yaradan kəs (yuxarıdakı işləri yoxdan var edə bilən kəs, heç bir şey) yaratmayan kəs kimidir? Heç öyüd-nəsihət almırsınız?!
Kövsər Tağıyev:
Elə isə yaradan yarada bilməyənlə bir olarmı? Heç düşünmürsünüzmü?
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər yaradanla yaratmayan eynidir? Doğrudanmı siz düşünüb daşınmayacaqsınız?
Sabirə Dünyamalıyeva:
Elə isə yaradan/Allah, yarada bilməyən uydurma məbudlar ilə bir olarmı? Hələ düşünməyəcəksinizmi?