Nur Surəsi 17. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər möminsinizsə, (bilin)(ki,) Allah sizə bir daha buna bənzər şeyləri təkrarən etməməyinizi nəsihət edir.
Bünyadov-Məmmədəliyev:
Allah sizə öyüd-nəsihət verir ki, əgər möminsinizsə, bir daha belə şeylər etməyəsiniz.
Elmir Quliyev :
Аллах наставляет вас никогда не повторять подобного, если вы являетесь верующими.
Ələddin Sultanov:
Əgər iman gətirmisinizsə, Allah sizə bir daha belə şeylər etməməyi tövsiyə edir.
Kerbelayi Malik ağa:
Əgər möminsinizsə, heç vaxt onun kimi bir hadisəyə dönməmənizi Allah sizə əmr edir.
Ələsgər Musayev:
Allah sizə nəsihət edir ki, əbədən bu sözlərin mislini bir kəsin haqqında danışmayasınız, əgər siz inananlarsınız.
A.Mehdiyev və D.Cəfərli:
Allah sizə nəsihət verir ki, əgər imanınız varsa (bir də) heç vaxt belə şey etməyəsiniz.
Kövsər Tağıyev:
Əgər inanırsınızsa, bu kimi şeylərə bir daha qətiyyən qayıtmamağınız üçün Allah sizə öyüd verir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah sizə, əgər möminsinizsə, heç vaxt bir belə işlər tutmamağınızı nəsihət edir.
Sabirə Dünyamalıyeva:
Əgər siz inanan kəslərsinizsə, onun bir bənzərini əbədiyyən təkrarlamamağı Allah sizə tövsiyə edir.