Əlixan Musayev:
O gün (Allah) onları və onların Allahdan başqa sitayiş etdiklərinin hamısını məhşər ayağında cəm edərək deyəcək: “Mənim bu qullarımı (haqq )(yoldan) sizmi azdırdınız, yoxsa onlar özləri azdılar?”
Bünyadov-Məmmədəliyev:
(Allah müşrikləri) və onların Allahdan qeyri ibadət etdiklərini (bütləri) məhşərə toplayacağı gün (qiyamət günü) belə buyuracaqdır: “Mənim bu bəndələrimi (haqq yoldan) siz (bütlər) çıxartdınız, yoxsa onlar özləri yoldan çıxdılar?”
Elmir Quliyev
:
В тот день Он соберет их и тех, кому они поклонялись вместо Аллаха, и скажет: "Это вы ввели в заблуждение этих Моих рабов, или же они сами сбились с пути?"
Ələddin Sultanov:
O gün Rəbbin onları və Allahdan başqa ibadət etdiklərini bir yerə yığacaq və: “Mənim bu qullarımı sizmi haqq yoldan azdırdınız, yoxsa özləri azdılar?” - deyəcəkdir.
Kerbelayi Malik ağa:
O gün onları və Allahdan başqa tapındıqları şeyləri həşr edəcək (toplayacaq) sonra da onlara belə deyəcək: ‘Bu qullarımı sizmi dəlalətə düşürdünüz yoxsa onlarmı dəlalət yolunda qaldılar?’
Ələsgər Musayev:
O gün ki, toplayar onları və Allahdan başqa ibadət etdiklərini və deyər: «Ə, Mənim bu bəndələrimi siz zəlalətə saldınız, yoxsa onlar zəlil oldular yoldan?»
A.Mehdiyev və D.Cəfərli:
Və (yada sal) o gün(ü) ki, (Allah) onları (müşrikləri) və Allahın yerinə ibadət etdiklərini (bütləri, ulduzları, Məsihi və mələkləri) bir yerə toplayacaq və (həmin məbudlara) deyəcək: «Mənim bu bəndələrimi siz azdırdınız (və sizə ibadət etməyə dəvət etdiniz) yoxsa yolu onlar özləri azdılar?»
Kövsər Tağıyev:
Rəbbinin onları və onların Allahı buraxıb tapındıqları şeyləri bir yerə toplayacağı və (tapındıqları o şeylərə:) “Mənim bu qullarımı siz sapdırdınız, yoxsa onlar özləri yoldan çıxdılar?” – deyəcəyi günü xatırla.
M.Qənioğlu və T.Bilaloğlu:
O günü O, onları və onlann Allahdan savayı ibadət etdiklərini toplayacaq və deyəcəkdir: “Mənim bu bəndələrimi sizmi yoldan çıxartdınız, yoxsa onlar özləri yolu azdılar?”
Sabirə Dünyamalıyeva:
Və o gün Rəbbin onları və Allahın altındakılardan onların ibadət etdikləri şeyləri bir yerə yığar, "Bu qullarını yoldan siz çıxartdınız, yoxsa onlar özləri yollarını itirdilər?" deyər.