Ənkəbut Surəsi 17. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Siz Allahı qoyub ancaq bütlərə ibadət edir yalan uydurursunuz. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Elə isə ruzini Allahdan diləyin, Ona ibadət edin Ona şükür edin. Siz ancaq Ona qaytarılacaqsınız”.
Bünyadov-Məmmədəliyev:
Siz Allahı qoyub ancaq bütlərə ibadət edir, (onlara tanrı deməklə) yalan uydurursunuz. Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Ruzini Allahdan diləyin. Ona tapının, Ona şükür edin. Siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!”
Elmir Quliyev :
Вы поклоняетесь вместо Аллаха идолам и измышляете ложь. Воистину, те, кому вы поклоняетесь вместо Аллаха, не способны даровать вам пропитание. Ищите же пропитание у Аллаха, поклоняйтесь Ему и благодарите Его. К Нему вы будете возвращены".
Ələddin Sultanov:
Siz Allahı qoyub bütlərə ibadət edir yalan sözlər uydurursunuz. Şübhəsiz ki, Allahı qoyub ibadət etdikləriniz sizə ruzi verə bilməzlər. Ona görə ruzini Allahdan istəyin! Ona ibadət edin Ona şükür edin! Siz Ona qaytarılacaqsınız”.
Kerbelayi Malik ağa:
Lakin siz Allahdan başqa bütlərə tapınırsınız yalan uydurursunuz. Şübhəsiz ki, sizin Allahdan başqa tapındıqlarınız sizə ruzi verməyə qadir deyillər. Elə isə ruzini Allahın dərgahından istəyin Ona qul olun Ona şükür edin. Ona döndürüləcəksiniz.
Ələsgər Musayev:
Siz ancaq ibadət edirsiniz Allahın əvəzinə bütlərə yalan icad edirsiniz! Həqiqətən, o kəslərə ki, ibadət edirsiniz Allahın əvəzinə, sizin üçün ruziyə malik deyillər. Ruzini axtarın Allah yanında ibadət edin Ona şükr edin Onun üçün. Ona tərəf müraciət edəcəksiniz!»
A.Mehdiyev və D.Cəfərli:
«Həqiqətən, siz Allahı qoyub (təsirsiz) bütlərə ibadət edirsiniz (onlara İlah (məbud), şəfi müqərrib adları verməklə) yalan uydurursunuz. Şübhəsiz, Allahın yerinə ibadət etdikləriniz sizin üçün heç bir ruzi verməyə qadir deyildirlər. Odur ki, ruzini yalnız Allahdan diləyin Ona ibadət edin. Ona şükr edin ki, hamınız Ona tərəf (hüzuruna) qaytarılacaqsınız».
Kövsər Tağıyev:
“Siz Allahı buraxaraq ancaq bütlərə tapınırsınız yalan uydurursunuz. Allahı buraxaraq tapındıqlarınızın sizə bir ruzi verməyə gücləri yetməz. Elə isə ruzini Allahın qatında axtarın. Ona qulluq edin Ona şükür edin. Siz yalnız Ona qaytarılacaqsınız”.
M.Qənioğlu və T.Bilaloğlu:
Siz isə Allahı qoyub bütlərə ibadət edirsiniz yalan uydurursunuz. Həqiqətən, Allahdan başqa ibadət etdikləriniz sizin üçün heç bir ruziyə malik deyildirlər. Ruzini Allahdan istəyin, Ona ibadət edin Ona şükr edin. Axı siz Ona qaytarılacaqsınız."
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, siz Allahın altındakılardan bəzi bütlərə ibadət edirsiniz yalan uydurursunuz. Xəbəriniz olsun ki, sizin Allahın altındakılardan məbud deyə ibadət etdiyiniz o şeylər, sizə bir ruzi verməyə qadir deyil. Ona görə ruzini Allah yanında axtarın Ona ibadət edin sahib olduğunuz nemətlərin əvəzini Ona ödəyin. Yalnız Ona qaytarılacaqsınız" demişdi.