Səba Surəsi 17. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Nankorluqlarına görə onları belə cəzalandırdıq. Məgər biz nankordan başqasını cəzalandırarıqmı?
Bünyadov-Məmmədəliyev:
Onları nankorluqlarına görə belə cəzalandırdıq. Biz heç nankordan başqasına cəzamı verərik?
Elmir Quliyev :
Так Мы воздали им за то, что они не уверовали. Разве Мы караем так кого-либо, кроме неблагодарных?
Ələddin Sultanov:
Nankorluq etdikləri üçün onları belə cəzalandırdıq. Biz nankorluq edəndən başqasına cəza verərikmi?!
Kerbelayi Malik ağa:
Beləcə inkarlarına görə onları cəzalandırdıq. Biz kafirlərdən başqasını cəzalandırarıqmı?
Ələsgər Musayev:
Bu, onların cəzasıdır ilə ki, kafirdirlər! Biz kafirlərdən başqalarına belə cəzamı verərik?
A.Mehdiyev və D.Cəfərli:
Biz onlara küfr nankorluqlarına görə belə cəza verdik. Məgər inkar nankorluq edəndən başqasını cəzalandırarıqmı?!
Kövsər Tağıyev:
Nemətlərə qarşı nankorluq etmələri səbəbi ilə onları belə cəzalandırdıq. Biz (bu şəkildə) ancaq nankorları cəzalandırırıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz naşükürlüklərinə görə onları belə cəzalandırdıq. Məgər Biz naşükürdən başqa bir kimsəni cəzalandırarıq?
Sabirə Dünyamalıyeva:
17) Bu, küfr işlədikləri [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar etdikləri] üçün Bizim onlara verdiyimiz cəzadır. Biz yalnız çox nankor olanları cəzalandırırıq.