Əlixan Musayev:
Onların dediklərinə səbr et və qüdrətli qulumuz Davudu yadına sal! O, daim (Allaha) üz tutardı.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Onların dediklərinə səbr et və qüvvətli bəndəmiz Davudu yadına sal! Çünki o, daim Allaha sığınan bir kimsə idi. (Davud böyük qüdrət, möhtəşəm səltənət sahibi olmasına baxmayaraq günaşırı oruc tutar, gecələri durub namaz qılar, dünya malına, naz-nemətinə aludə olmayıb yalnız Allah rizasını qazanmaq diləyərdi).
Elmir Quliyev
:
Терпи то, что они говорят, и помяни Нашего могучего раба Давуда (Давида). Он всегда обращался к Аллаху.
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Onların söylədiklərinə səbir et və güclü bəndəmiz Davudu xatırla! Həqiqətən, o, daim Allaha yönəlirdi.
Kerbelayi Malik ağa:
Onların söylədiklərinə səbir et, güc qüvvət sahibi qulumuz Davudu (ə.s) zikr et (xatırla). Şübhəsiz ki, o, əvvab idi (Allaha təslim olmuşdu).
Ələsgər Musayev:
və bax onlara və onlar görərlər!
A.Mehdiyev və D.Cəfərli:
Onların dediklərinə səbr et və Davudu – Bizim (elm, cism və səltənət baxımından) güc və qüdrət sahibi olan bəndəmizi yadına sal. Çünki o, (Bizə tərəf) çox qayıdan idi.
Kövsər Tağıyev:
Bunlar da (müşriklər də) ancaq (vaxtı gəldikdə) əsla gecikməyəcək qorxunc bir səs gözləyirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlann dedikləri sözlərə döz və qüvvət sahibi olan bəndəmiz Davudu yada sal. Həqiqətən o, daim Allaha üz tutan idi.
Sabirə Dünyamalıyeva:
Sən onların dediklərinə səbr et və güclərin sahibi bəndəmiz Davudu yadına sal. Həqiqətən o, daim Rəbbinə üz tutardı.