Əlixan Musayev:
Səmud (xalqına) gəldikdə isə, Biz onlara doğru yol göstərdik, onlar isə korluğu doğru yoldan üstün tutdular və onları qazandıqları (günahlar) üzündən alçaldıcı əzab ildırımı yaxaladı.
Bünyadov-Məmmədəliyev:
Səmud qövmünə gəlincə, Biz onlara haqq yolu göstərdik, amma onlar korluğu (küfrü) doğru yoldan üstün tutdular. Beləliklə, onları qazandıqları günahların ucbatından zəliledici ildırım əzabı yaxaladı.
Elmir Quliyev
:
Что же касается самудян, то Мы указали им на прямой путь, но они предпочли слепоту верному руководству, и их постигла погибель от унизительных мучений за то, что они приобретали.
Ələddin Sultanov:
Səmud qövmünə də haqq yolu göstərdik. Ancaq onlar korluğu (küfr yolunu) haqq yoldan üstün tutdular. Beləcə, qazandıqları günahlar səbəbilə alçaldıcı ildırım əzabı onları yaxaladı.
Kerbelayi Malik ağa:
Səmud qövmünə gəldikdə isə, o zaman onları hidayətə ərdirdik. Buna baxmayaraq hidayətə qarşı kor olmağı üstün tutdular. Bu səbəblə qazanmış olduqlarına görə onları alçaldıcı ildırım əzabı yaxaladı.
Ələsgər Musayev:
Amma elə ki,
Səmudluları hidayət etdik düz yola, onlar korluğu sevdilər
hidayətin üzərində və tutdu onları şimşək zərbəsinin alçaldıcı
əzabı, nə ilə ki, oldular kəsblilər!
A.Mehdiyev və D.Cəfərli:
(Saleh peyğəmbərin qövmü) Səmuda yolu göstərdik. Lakin onlar qəlbikorluğu doğru yoldan üstün tutdular. Beləliklə qazandıqları günahların cəzası olaraq onları alçaldıcı əzab ildırımı vurdu.
Kövsər Tağıyev:
Səmud qövmünə gəlincə, biz onlara doğru yolu göstərmişdik. Amma onlar korluğu hidayətdən üstün tutmuş və etdiklərinin qarşılığı olaraq alçaldıcı əzab ildırımı onları vurmuşdu.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz Səmud camaatına düz yol göstərdik, onlar isə düz yoldan korluğu üstün tutdular və qazandıqları (günahlara) görə onları zəliledici əzab ildırımı vurdu.
Sabirə Dünyamalıyeva:
Səmuda gəldikdə isə, Biz onlara haqq yolu göstərdik. Lakin onlar korluğu doğru yoldan artıq sevib tərcih etdilər. Belə olduqda, qazandıqları şeylər səbəbiylə alçaldıcı əzabın ildırımı onları yaxaladı.