Casiyə Surəsi 17. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlara dinə dair aydın dəlillər vermişdik. Amma elm onlara gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Şübhəsiz ki, sənin Rəbbin ixtilafa düşdükləri məsələlər barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir.
Bünyadov-Məmmədəliyev:
Onlara din işində (dini məsələlərdə ya Muhəmməd əleyhissəlamın peyğəmbər göndəriləcəyi barədə) açıq-aşkar dəlillər vermişdik. Onlar yalnız (tövhid, dini əmrlərin büsbütün həqiqət olduğu haqda) özlərinə elm (qəti dəlillər) gəldikdən sonra aralarındakı həsəd (ədavət) üzündən (dində) ixtilafa düşdülər. (Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin ixtilafda olduqları məsələlər barəsində qiyamət günü onların arasında hökm edəcəkdir!
Elmir Quliyev :
Мы даровали им ясные знамения из повеления. Они же разошлись во мнениях лишь после того, как к ним явилось знание, по причине зависти и несправедливого отношения друг к другу. Воистину, твой Господь рассудит их в День воскресения в том, в чем они расходились во мнениях.
Ələddin Sultanov:
Din barəsində onlara açıq-aydın dəlillər verdik. Ancaq onlara elm (dəlillər) gəldikdən sonra aralarındakı paxıllıq səbəbilə ixtilafa düşdülər. Şübhəsiz ki, Rəbbin ixtilafa düşdükləri məsələlər barəsində qiyamət günü onların arasında hökm verəcəkdir.
Kerbelayi Malik ağa:
Onlara əmrdən (Allahın əmrindən) dəlillər verdik. Lakin onlara elm gəldikdən sonra onlar aralarında azğınlıq edərək ixtilafa düşdülər. Şübhəsiz ki, sənin Rəbbin qiyamət günü ixtilaf etmiş olduqları şeylərdə onların arasında hökm verəcək.
Ələsgər Musayev:
Əta etdik onlara bəyanatları əmrdən. Ixtilaf etdilər onlar aralarında olan paxıllıqdan, ancaq ondan sonra ki, gəldi onlara elm. Həqiqətən, Rəbbin qəzavat edər arasında onların qiyamət günü, nədə ki, oldular onda ixtilaflılar!
A.Mehdiyev və D.Cəfərli:
Həmçinin onlara (dinlərinin) iş(i) barəsində aydın dəlillər verdik (ki, onun əsasları qollarında qaranlıq bir nöqtə qalmasın). Beləliklə onlar yalnız (məsələnin həqiqəti barəsində) özlərinə elm yetişdikdən sonra (ancaq) aralarındakı həsəd, həddi aşmaq təkəbbür üzündən ixtilafa düçar oldular. Həqiqətən sənin Rəbbin Qiyamət günü onların arasında barəsində ixtilafa düçar olduqları bütün şeylər barəsində hökm çıxaracaqdır.
Kövsər Tağıyev:
Onlara din işləri barəsində açıq-aşkar dəlillər verdik. Lakin onlar özlərinə elm gəldikdən sonra aralarındakı həsəd səbəbi ilə ixtilafa düşdülər. Şübhəsiz, Rəbbin haqqında ixtilafa düşdükləri şey barəsində qiyamət günü aralarında hökm verəcək.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onlara dinə dair aydın dəlillər gətirmişdik. Onlara bu bilgi gələndən sonra isə onlar öz aralarında ədavət üzündən ixtilafa düşdülər. Həqiqətən, sənin Rəbbin ixtilafa düşdükləri məsələlərə görə qiyamət günü onların arasında hökm verəcəkdir.
Sabirə Dünyamalıyeva:
onlara Allahın Özünə xas işlərinə dair açıq-aşkar dəlillər verdik. Sonra onlar, yalnız özlərinə elm gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Həqiqətən, Rəbbin, ixtilafda olduqları məsələlər barəsində qiyamət günü onların arasında qərar verəcək.