Əlixan Musayev:
Bilin ki, Allah torpağı onun ölümündən sonra dirildir. Biz ayələri sizə izah etdik ki, bəlkə anlayasınız.
Bünyadov-Məmmədəliyev:
(Ey insanlar!) Bilin ki, Allah torpağa öldükdən sonra təzədən can verir. Biz ayələri sizə belə müfəssəl izah etdik ki, bəlkə, ağlınız başınıza gəlsin!
Elmir Quliyev
:
Знайте, что Аллах оживляет землю после ее смерти. Мы уже разъяснили вам знамения, — может быть, вы уразумеете.
Ələddin Sultanov:
Bilin ki, Allah torpağı ölümündən sonra dirildər. Biz sizə ayələri bəyan etdik ki, düşünüb dərk edəsiniz.
Kerbelayi Malik ağa:
Allahın torpağı ölümündən sonra həyat verərək diriltdiyini bilin! (Beləcə) ayələri sizə izah etdik. Bəlkə siz ağıl işlədərsiniz.
Ələsgər Musayev:
Bilin ki,
Allah həyat verir ərzə ölümündən sonra. Əlbəttə, Biz bəyan
edirik sizin üçün ayətlərimizi, ola ki, əql edəsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Bilin ki, həqiqətən Allah yeri ölümündən sonra dirildir (onun inkişaf qabiliyyəti olan maddələrinə bir müddət sonra bitki həyatı bəxş edir. Buna görə sərt qəlblərə də iman suyu ilə həyat verəcəkdir). Həqiqətən Biz bəlkə düşündünüz deyə, (Özümüzün tovhid və əzəmət) nişanələri(mizi) sizin üçün aydınlaşdırdıq.
Kövsər Tağıyev:
Bilin ki, Allah yer üzünü ölümündən sonra dirildir. Düşünəsiniz deyə, həqiqətən, sizə ayələri açıqladıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Bilin ki, Allah yeri ölümündən sonra dirildir! Biz sizin üçün ayələrimizi izah etdik ki, bəlkə ağıla gələsiniz.
Sabirə Dünyamalıyeva:
Allahın, yer üzünü, ölümündən sonra diriltdiyini bilin. Bəlkə ağlınızı işlədərsiniz deyə, Biz, sizin üçün ayələri açıq-aşkar meydana qoyduq.