Əlixan Musayev:
Allaha qarşı nə malları, nə də övladları onlara heç bir fayda verə bilməyəcək. Onlar Cəhənnəm sakinləridir və orada əbədi qalacaqlar.
Bünyadov-Məmmədəliyev:
Onları nə malları, nə də övladları heç bir vəchlə Allahdan (Allahın əzabından) qurtara bilməz. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar.
Elmir Quliyev
:
Ни имущество, ни дети ничем не помогут им пред Аллахом. Они являются обитателями Огня и пребудут там вечно.
Ələddin Sultanov:
Nə malları, nə də övladları Allaha qarşı onlara fayda verəcəkdir. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
Kerbelayi Malik ağa:
Onların malları və övladları Allahdan gələn bir əzaba qarşı onlara əsla fayda verməz. Onlar atəş əhlidir, orada əbədi olaraq qalacaqlar.
Ələsgər Musayev:
Qəni etməyəcək onları
malları və övladları Allahdan bir şeylə. Həmin onlardır əshabı
odun. Onlar orada həmişəlikdirlər.
A.Mehdiyev və D.Cəfərli:
Malları və övladları Allah(ın əzabın)dan heç bir şeyi (azacıq belə) onlardan uzaqlaşdırmayacaq, onlar od əhlidirlər və orada əbədi qalacaqlar.
Kövsər Tağıyev:
Onların malları da, övladları da Allaha qarşı onlara bir fayda verməyəcək. Onlar cəhənnəmliklərdir. Onlar orada əbədi qalacaqlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Nə mal-dövlətləri, nə də övladları Allaha qarşı onlara heç bir fayda verməz. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar.
Sabirə Dünyamalıyeva:
Onların malları və övladları, Allaha qarşı özlərinə qətiyyən fayda verməz. Onlar, Atəş əhlidir. Onlar, orada əbədi qalanlardır.