Ənam Surəsi 17. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər Allah sənə bir zərər vurmaq istəsə, bunun qarşısını Ondan başqa heç kəs ala bilməz. Əgər sənə bir xeyir toxundursa, (heç kəs Ona mane ola bilməz). O, hər şeyə qadirdir.
Bünyadov-Məmmədəliyev:
Əgər Allah sənə bir sıxıntı versə, (səni ondan) Allahdan başqa heç kəs qurtara bilməz. Əgər (Allah) sənə bir xeyir yetirsə (heç kəs Ona mane ola bilməz). Çünki O, hər şeyə qadirdir!
Elmir Quliyev :
Если Аллах коснется тебя бедой, то никто не сможет избавить от нее, кроме Него. Если же Он коснется тебя благом, то ведь Он способен на всё.
Ələddin Sultanov:
Əgər Allah sənə bir zərər yetirsə, Ondan başqa heç kəs onu dəf edə bilməz. Əgər O sənə bir xeyir yetirsə, (buna da heç kəs mane ola bilməz). O, hər şeyə qadirdir.
Kerbelayi Malik ağa:
Əgər Allah sənə bir zərər toxundursa, o təqdirdə onu Allahdan başqa aradan qaldıracaq birisi yoxdur. Sənə bir xeyir toxundursa, artıq O, hər şeyə qadirdir.
Ələsgər Musayev:
Əgər Allah sənə zərər toxundura. yoxdur Ondan başqa sənin üçün şəfa edən. Əgər sənə xeyir toxundura O üzərində külli şeyin Qadirdir.
A.Mehdiyev və D.Cəfərli:
Əgər Allah sənə bir zərər-ziyan yetirsə, onu Ondan başqa dəf edən yoxdur əgər sənə bir xeyir yetirsə (onun da davam etməsi aradan getməsi Onun əlindədir çünki,) həqiqətən, O, hər bir şeyə qadirdir.
Kövsər Tağıyev:
Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kim sovuşdura bilməz. Əgər sənə bir xeyir yetirsə, onu da heç kim sovuşdura bilməz. Bil ki, O, hər şeyə haqqı ilə gücü yetəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Allah səni bir sıxıntıya salarsa, Özündən başqa bunu aradan götürən olmaz; əgər səni xeyrə çalarsa, O hər şeyə qadirdir!
Sabirə Dünyamalıyeva:
əgər Allah sənə bir zərər vurmaq istəsə, onu Özündən başqa heç kəs dəf edə bilməz. əgər O, sənə bir xeyir versə də, şübhəsiz, O, hər şeyə qadirdir.