Əlixan Musayev:
Ya da ki, göydə Olanın üstünüzə daşlar yağdırmayacağına əminsinizmi? Siz, Mənim xəbərdarlığımın necə nəticələr verdiyini biləcəksiniz.
Bünyadov-Məmmədəliyev:
Yaxud göydə olanın sizin üstünüzə daş yağdıran bir yel göndərməyəcəyinə arxayınsınızmı?! Onda Mənim (sizi əzabla) qorxutmağımın necə olduğunu mütləq biləcəksiniz.
Elmir Quliyev
:
Неужели вы уверены, что Тот, Кто на небе, не нашлет на вас ураган с камнями? Скоро вы узнаете, каково Мое предостережение!
Ələddin Sultanov:
Yaxud göydəkinin (Allahın) sizin üstünüzə daş yağdıran bir fırtına göndərməyəcəyindən əminsinizmi? Mənim təhdidimin necə olduğunu tezliklə biləcəksiniz.
Kerbelayi Malik ağa:
Ya da göy üzündə olanın (Allahın) sizin üzərinizə (daş yağdıran) fırtına göndərməyəcəyindən əminsinizmi? O zaman xəbərdarlığım necə imiş, yaxında öyrənəcəksiniz.
Ələsgər Musayev:
Yoxsa, əmin oldunuzmu, kim ki, səmadadır,
üzərinizə qasırğalı yel göndərə və biləsiniz necədir nəzərə
çatdırmağım?
A.Mehdiyev və D.Cəfərli:
Yaxud göydə olanın sizə (üstünüzə) daş yağdıran şiddətli bir külək göndərməyəcəyindən əminsinizmi? Tezliklə Mənim qorxutmağımın necə olduğunu biləcəksiniz!
Kövsər Tağıyev:
Yaxud göydəkinin üstünüzə daş yağdıran külək göndərməyəcəyindən əmin oldunuz? O zaman xəbərdarlığım necə imiş biləcəksiniz!
M.Qənioğlu və T.Bilaloğlu:
Səmada olanın sizin üzərinizə daşkəsəkli tufan göndərməyəcəyinə əminsinizmi? Onda Mənim xəbərdarlığımın necə olduğunu biləcəksiniz!
Sabirə Dünyamalıyeva:
Yaxud da siz, ucalardan uca olan Allahın sizin üstünüzə daş yağdıran bir qasırğa göndərməyəcəyindən əminsinizmi? Artıq, xəbərdarlığımın necə olduğunu tezliklə biləcəksiniz.