Əlixan Musayev:
(Belə edərdik) ki, bununla onları sınayaq. Kim öz Rəbbinin zikrindən üz döndərərsə, O, həmin şəxsi şiddətli bir əzaba məruz qoyar.
Bünyadov-Məmmədəliyev:
Onları bununla (bu nemətlə) imtahana çəkək. Kim öz Rəbbini yad etməkdən üz çevirsə, (Allah) onu məşəqqətli bir əzaba düçar edər.
Elmir Quliyev
:
чтобы этим подвергнуть их испытанию. А тех, кто отвращается от Напоминания своего Господа, Он ввергает в тяжкие мучения.
Ələddin Sultanov:
Bununla onları sınayaq. Kim Rəbbini anmaqdan üz çevirərsə, Allah onu çətin bir əzaba salar.
Kerbelayi Malik ağa:
Bununla onları imtahan edək. Kim Rəbbinin zikrindən üz çevirsə, onu çox şiddətli əzaba uğradar.
Ələsgər Musayev:
sınamaq üçün onları onda. Kim üz çevirirsə yad edilməsindən Rəbbinin, onu aparar O ağır əzabda.
A.Mehdiyev və D.Cəfərli:
Onları bununla imtahana çəkək. Kim öz Rəbbini yad etməkdən üz döndərsə, (Allah) onu ona qalib gələn ağır bir əzaba düçar edər».
Kövsər Tağıyev:
bununla onları imtahan edək. Kim Rəbbinin Zikrindən (Qur`andan) üz döndərsə, Rəbbi onu get-gedə yüksələn bir əzaba düçar edər”.
M.Qənioğlu və T.Bilaloğlu:
onları bununla sınayaq. Kim öz Rəbbini zikr etməkdən üz döndərərsə, O, onu ağır bir əzaba uğradar.
Sabirə Dünyamalıyeva:
Kim Rəbbinin zikrindən/Rəbbinin öyüdündən; Qurandan üz döndərsə, O da onu getdikcə çoxalan bir əzaba düçar edər.