Əlixan Musayev:
Onları siz öldürmədiniz, Allah onları öldürdü. (Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı ki, möminləri Öz tərəfindən yaxşı bir sınaqdan keçirtsin. Həqiqətən, Allah Eşidəndir, Biləndir.
Bünyadov-Məmmədəliyev:
(Ey möminlər Bədrdə) onları (kafirləri) siz öldürmədiniz, Allah öldürdü. (Ya Peyğəmbərim! Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla möminləri (qənimət əldə etmək və zəfər çalmaq üçün) yaxşı bir imtahandan keçirtdi. Allah (hər şeyi) eşidəndir, biləndir!
Elmir Quliyev
:
Не вы убили их, а Аллах убил их. Не ты бросил горсть песка, когда бросал, а Аллах бросил , дабы подвергнуть верующих прекрасному испытанию от Себя. Воистину, Аллах — Слышащий, Знающий.
Ələddin Sultanov:
(Döyüşdə) Onları siz öldürmədiniz, lakin Allah onları öldürdü. Atdığın zaman sən atmadın, lakin Allah atdı. Allah bunu, möminləri yaxşı bir imtahanla sınamaq üçün etdi. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, biləndir. (Bədr döyüşündə Qüreyş ordusu müsəlmanlara hücum etdiyi bir vaxtda Həzrət Peyğəmbər əllərini açaraq dua etmiş və sonra yerdən bir ovuc torpaq götürərək düşmənlərin olduğu istiqamətə sərpmişdi. Bunun nəticəsində onların gözləri tutulmuş və beləcə məğlub olmuşdular. Yuxarıdakı ayədə bu hadisədən bəhs edilir.)
Kerbelayi Malik ağa:
Onları siz öldürmədiniz, lakin onları Allah öldürdü. Atdığın zaman da sən atmadın, lakin Allah atdı. Allah möminləri Özündən əhsən bəla (gözəl imtahan) ilə sınayar. Şübhəsiz ki, Allah eşidəndir və biləndir.
Ələsgər Musayev:
Siz onları qətlə yetirmirdiniz və lakin Allah onları qətlə yetirirdi. Atmırdın sən onda atırdın, lakin Allah atırdı, ondan ötrü ki, bununla inananları yaxşı imtahan etsin. Həqiqətən, Allah Səmidir, Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Buna görə də, (bilin ki,) onları siz öldürmədiniz, Allah öldürdü onları! Sən (onlara tərəf ox və daş) atan zaman, sən atmadın, Allah atdı (düşməni məğlub etmək) və möminləri yaxşı sınamaq (yaxud onlara gözəl qələbə neməti vermək) üçün! Həqiqətən Allah eşidən və biləndir.
Kövsər Tağıyev:
(Döyüşdə) onları siz öldürmədiniz, lakin Allah onları öldürdü. Atdığın zaman da sən atmadın, lakin Allah atdı. Öz tərəfindən gözəl bir imtahanla möminləri sınamaq üçün Allah belə etdi. Şübhəsiz, Allah haqqı ilə eşidəndir, haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onları siz öldürmədiniz, onları Allah öldürdü. (Düşmənlərə) atdığın zaman belə onu sən atmadın, Allah atdı ki, möminləri Öz tərəfindən yaxşı bir sınaqla yoxlasın. Həqiqətən, Allah eşidəndir, hər şeyi biləndir!
Sabirə Dünyamalıyeva:
Onları siz öldürmədiniz, onları Allah öldürdü. Atdığın zaman da sən atmadın, Allah atdı. Və möminləri bununla yaxşıca bir bəlaya düçar etmək/yaxşıca sınamaq üçün idi. Şübhəsiz ki, Allah, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.