Bəqərə Surəsi 170. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlara: “Allahın nazil etdiyinə tabe olun!”– deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!”– deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?
Bünyadov-Məmmədəliyev:
Onlara (bütpərəstlərə) : “Allahın göndərdiyinə (Qurana) tabe olun!” –deyildiyi zaman, onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!” –deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? (Yenədəmi onlara tabe olacaqlar?)
Elmir Quliyev :
Когда им говорят: "Следуйте тому, что ниспослал Аллах", они отвечают: "Нет! Мы будем следовать тому, на чем застали наших отцов". А если их отцы ничего не разумели и не следовали прямым путем?
Ələddin Sultanov:
Onlara: “Allahın nazil etdiyinə tabe olun!” deyiləndə onlar: “Xeyr, biz atalarımızın yolunu izləyirik!” - deyərlər. Bəs, əgər ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə?!
Kerbelayi Malik ağa:
Onlara: ‘Allahın endirdiyi şeyə tabe olun!’ deyildiyi zaman: ‘Xeyr! Biz atalarımızın getdiyi yola tabe olarıq.’ dedilər. Əgər onların ataları heç bir şeyi anlamayıb hidayətdə deyillərsə beləmi?
Ələsgər Musayev:
Onda ki, deyildi onlar üçün: «Tabe olun ki, Allah nazil edib!» Dedilər: «Bəli! Tabeyik felinə atalarımızın. Əgər oldu ataları bir şey əql etməyən hidayət olunmayanlar?
A.Mehdiyev və D.Cəfərli:
(Müşrik kafirlərə) «Allahın nazil etdiyinə tabe olun» deyildikdə, onlar «(xeyr,) əksinə, biz atalarımızın getdiyi yola tabe oluruq» deyərlər. Görəsən ataları hətta bir şey anlamayıb, (düz yola) hidayət olunmamış olsalar belə (onlar yenə atalarının yoluna tabe olacaqlar)?!
Kövsər Tağıyev:
Onlara: “Allahın endirdiyinə tabe olun!” deyildikdə, “Xeyr, biz atalarımızın yolu ilə gedərik!” deyərlər. Bəs ataları heç anlamayan, doğru yolu tapa bilməyən kimsələr olsalar (yenəmi onların yoluna tabe olacaqlar)?
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara dedikdə ki, "Allahın nazil etdiyinin ardınca gedin !" onlar: "Xeyr, biz ata-babalarımızda gördüyümüz (yol) ilə gedəcəyik." deyərlər. Bəs ata-babaları heç dərk etməyib, düz yolla getməmişlərsə necə ?
Sabirə Dünyamalıyeva:
onlara, "Allahın nazil etdiyinə tabe olun!" deyildiyi vaxt, "Əksinə, biz atalarımızı necə görmüşüksə, ona tabe olacağıq!" deyirlər. Bəs ataları bir şeyə anlamayan yönəldildikləri doğru yolu tapmayan kəslər olsa, onda necə?