Əlixan Musayev:
Bir zaman dağı yerindən qoparıb onların başı üstünə bulud kimi qaldırmışdıq və onlar da elə zənn etmişdilər ki, dağ onların üstünə düşəcək. (Biz onlara): “Sizə verdiyimizdən möhkəm yapışın və içindəkiləri xatırlayın ki, bəlkə, qorxasınız!”(– demişdik.)
Bünyadov-Məmmədəliyev:
Bir zaman dağı (Tur dağını) yerindən qoparıb onların (İsrail oğullarının) başı üstünə kölgəlik (tavan) kimi qaldırmışdıq və onlar da elə güman etmişdilər ki, dağ üstlərinə düşəcək. Onlara: “Sizə verdiyimizdən (Tövratdan) möhkəm yapışın, orada olanları yada salın ki, bəlkə, pis əməllərdən çəkinəsiniz!” – demişdik.
Elmir Quliyev
:
Вот Мы подняли над ними гору, словно тучу, и они подумали, что она упадет на них. Крепко держитесь того, что Мы даровали вам, и помните то, что содержится в нем, — быть может, вы устрашитесь.
Ələddin Sultanov:
Bir zaman dağı onların (İsrail oğullarının) üstünə kölgə kimi qaldırmışdıq və zənn etmişdilər ki, dağ onların üstünə düşəcək. Sizə verdiyimizi (kitabı) möhkəm tutun və içindəkiləri xatırlayın ki, bəlkə, siz (pis əməllərdən) çəkinəsiniz.
Kerbelayi Malik ağa:
Dağı bir kölgə kimi onların üzərinə çəkib qaldırdığımız zaman onu üzərlərinə düşəcək zənn etdilər. Sizə verdiyimiz şeydən möhkəm yapışın və onun içində olanı (əmr və yasaqları) xatırlayın (tətbiq edin). Beləcə siz təqva sahibi olarsınız.
Ələsgər Musayev:
Onda ucaltdıq Biz dağı onların fövqlərində bulud kimi kölgə salan və zənn etdilər ki, həqiqətən, üstlərinə düşəcək. Götürün nə ki, əta etmişik sizə qüvvətlə və yad edin, nə ki ondadır, ola ki, müttəqi olasınız!
A.Mehdiyev və D.Cəfərli:
Və (yada sal) o zaman(ı) ki, Biz dağı (yerindən qopararaq) bir kölgə kimi onların başı üzərində saxladıq və onlar onun mütləq başlarına düşəcəyini güman etdilər. (Və dedik:) «Sizə verdiyimiz (kitab və din)i (ruhi və cismani) qüvvətlə tutun və orada olanları yadda saxlayın, bəlkə təqvalı oldunuz». (Bəqərə surəsinin 63-cu ayəsinə müraciət edin).
Kövsər Tağıyev:
Bir vaxt dağı sanki bir kölgə kimi onların üstünə qaldırmışdıq, üstlərinə düşəcəyini sanmışdılar. (Onlara:) “Sizə verdiyimiz Kitaba möhkəm sarılın və onun içindəkiləri xatırlayın ki, Allaha qarşı gəlməkdən çəkinəsiniz”, – demişdik.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman Biz dağı [Turu] bir kölgə kimi onların üzərinə qaldırdıqda onlar elə zənn etdilər ki, o, onların üstünə düşür. Sizə bəxş etdiyimizdən [Tövratdan] möhkəm tutun və onda olanları yada salın ki, bəlkə Allahdan qorxasınız!
Sabirə Dünyamalıyeva:
Bir zamanlar o dağ kölgəlik/çətir kimi olduğunda, onlar isə dağın onların üstünə düşəcəyinə inandıqları halda, Biz, onların Ucalarını/ən seçilmişlərini o dağa çəkmişdik/ucaltmışdıq: "Allahın mühafizəsi altında olmaq üçün sizə verdiyimizdən möhkəm yapışın və içindəkiləri yadınızdan çıxarmayın!"