Nisa Surəsi 172. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(İsa) Məsih Allahın qulu olmağı özünə ar bilər, (Allaha) yaxın olan mələklər. (Allah) Ona ibadət etməyi özlərinə ar bilənlərin təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır.
Bünyadov-Məmmədəliyev:
İsa əl-Məsih də, yaxın mələklər Allahın qulu olmağı əsla özlərinə ar bilməzlər. Allah Ona ibadət etməyi özünə ar bilənlərin təkəbbür göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır!
Elmir Quliyev :
Ни Мессия, ни приближенные ангелы никогда не посчитают для себя унизительным быть рабами Аллаха. А тех, кто посчитает для себя унизительным поклоняться Ему и проявит высокомерие, Он соберет к Себе вместе.
Ələddin Sultanov:
Məsih, müqərrəb (Allah yanında uca məqama sahib olan) mələklər Allahın qulu olmağı əsla özlərinə ar bilməzlər. Kim Allaha ibadət etməyi özünə ar bilib təkəbbürlük göstərərsə, O, onların hamısını Öz hüzuruna toplayacaqdır.
Kerbelayi Malik ağa:
Məsih Allaha qul olmaqdan əsla çəkinməz müqərrəbin (Allaha yaxın) olan mələklər (Allaha qul olmaqdan çəkinməzlər). Kim Ona qul olmaqdan çəkinər təkəbbürlənərsə, əlbəttə onların hamısını (Allah) öz hüzurunda toplayacaq.
Ələsgər Musayev:
Məsih yaxın mələklər Allah üçün qul olmağa imtina etməzlər Kim ibadətindən Onun imtina edib təkəbbürlük edərsə, toplayacaq onları tərəfinə Onun cəmiyyən!
A.Mehdiyev və D.Cəfərli:
Məsih Allahın qulu olmaqdan əsla imtina etmir (bundan Allahın dərgahına) yaxın olan bütün mələklər imtina etmirlər. Kim Ona ibadət etməkdən imtina etsə təkəbbürlük göstərsə, (Allah Qiyamət günü) onların hamısını (layiq olduqları kimi cəzalandırmaq üçün) Öz hüzuruna toplayacaqdır.
Kövsər Tağıyev:
Məsih də, Allaha yaxın mələklər Allaha qul olmaqdan əsla çəkinməzlər. Kim Allaha qulluq etməkdən çəkinər kibrlənərsə, bilsin ki, O, onların hamısını hüzurunda toplayacaq.
M.Qənioğlu və T.Bilaloğlu:
Məsih, (Allaha) yaxın edilmiş mələklər Allaha qul olmağı ar bilməzlər. Kim Ona ibadət etməyi ar bilib təkəbbür göstərərsə, (bilsin ki,) O, hamını Öz hüzuruna toplayacaqdır.
Sabirə Dünyamalıyeva:
Məsih yaxınlaşdırılmış mələklər [İsaya inananların İsaya kömək etdiklərinə inandıqları güclər], Allahın bir qulu olmaqdan əsla çəkinməzlər. kim Ona ​​qulluq etməkdən çəkinsə təkəbbür göstərsə, bilsin ki, O, onların hamısını tezliklə; Yer üzü, özünə məxsus sarsıntıyla lərzəyə gəldiyi, yer üzü öz ağırlıqlarını çıxardığı insan, "Bu yer üzünə olub?" dediyi zaman Öz hüzuruna toplayacaq. Bax o gün yer üzü, şübhəsiz ki, Rəbbinin ona vəhy etməsi səbəbiylə bütün xəbərlərini bir-bir söyləyəcək. O gün insanlar, əməlləri [özlərinə] göstərilsin/əməllərini görsünlər deyə dəstə-dəstə ortaya çıxacaqlar.