Ali-İmran Surəsi 173. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Bəzi) adamlar onlara: “Camaat sizə qarşı (ordu) toplayıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı onlar: “Allah bizə yetər. O gözəl Qoruyandır!”– dedilər.
Bünyadov-Məmmədəliyev:
O kəslər ki, xalq onlara: “Camaat (Əbu Süfyan tərəfdarları) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!” - dedikdə, (bu söz) onların imanını daha da artırdı onlar: “Allah bizə bəs edər. O gözəl vəkildir!” deyə cavab verdilər.
Elmir Quliyev :
Люди сказали им: "Народ собрался против вас. Побойтесь же их". Однако это лишь приумножило их веру, и они сказали: "Нам достаточно Аллаха, и как прекрасен этот Попечитель и Хранитель!"
Ələddin Sultanov:
Bunlar o kimsələrdir ki, insanlar onlara: “Həqiqətən, (düşməniniz olan) insanlar sizə qarşı (əsgər) toplayıblar. Onlardan qorxun!” - dedikləri zaman bu, onların imanını daha da artırdı onlar: “Allah bizə yetər. O gözəl vəkildir!” - dedilər.
Kerbelayi Malik ağa:
O (əhsən) kimsələr ki, insanlar onlara: ‘Şübhəsiz ki, insanlar sizin üçün (sizə hücum etmək üçün) toplandılar. Artıq onlardan qorxun.’ dedikləri zaman (bu söz) onların imanını artırdı. ‘Allah bizə kifayət edər O, gözəl vəkildir.’ dedilər.
Ələsgər Musayev:
O kəslər ki, dedi insanlar onlar üçün: «Həqiqətən, insanlar cəm oldular sizin üçün çəkinin onlardan!» - artırdı onlara iman dedilər: «Hesabı bizə Allahın nemətli Vəkildir!»
A.Mehdiyev və D.Cəfərli:
H?min o k?sl?r (ucun) ki, camaat onlara «(M?kk?) camaat(?) sizin(l? vurusmaq) ucun toplas?b, onlardan qorxun» dedi, amma (bu x?b?r) onlar?n iman?n? art?rd? v? dedil?r: «Biz? Allah kifay?tdir v? O, goz?l v?kildir».
Kövsər Tağıyev:
Onlar elə kəslərdir ki, camaat onlara: “İnsanlar sizə qarşı ordu toplayıblar, onlardan qorxun”, dedikləri zaman bu söz onların imanını artırdı və: “Allah bizə yetər, O gözəl vəkildir!” dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
O kəslərə ki, insanlar onlara: "Adamlar [düşmənlər] sizə qarşı yığışdılar, onlardan qorxun!" - dedikdə bu, onların imanını daha da artırdı onlar dedilər: “Bizim üçün Allah kifayətdir. O, gözəl vəkildir!"
Sabirə Dünyamalıyeva:
[ki var]; başqaları onlara "Şübhəsiz ki, adamlar sizə qarşı birləşdilər, onlardan qorxun" dedikdə, bunla imanlarının daha da artdığını [söyləyən] "Allah bizə bəs edər. O, necə gözəl vəkildir [bütün varlıqları müəyyən bir proqrama görə nizamlayan bu proqramı qoruyaraq, dəstəkləyərək tətbiq edəndir]!" deyən kəslər [ki var],