Əlixan Musayev:
Şübhəsiz ki, Allahın nazil etdiyi kitabda olanları gizli saxlayanlar və bununla cüzi miqdarda (pul) əldə edənlər öz qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət günü Allah onları danışdırmaz və onları təmizə çıxarmaz. Onlar üçün üzücü bir əzab vardır.
Bünyadov-Məmmədəliyev:
Allahın nazil etdiyi kitabda (Tövratda və İncildə) olanları (peyğəmbərin vəsfini) gizlədənlərin və onun müqabilində bir az para alanların yedikləri qarınlarında ancaq oda dönəcəkdir. Qiyamət günü Allah onlarla danışmaz, (onları) təmizə çıxarmaz. Onları şiddətli əzab gözləyir!
Elmir Quliyev
:
Воистину, те, которые скрывают ниспосланное Аллахом в Писании и покупают за это малую цену, поедают в своих животах только огонь. Аллах не станет говорить с ними в День воскресения и не очистит их. Им уготованы мучительные страдания.
Ələddin Sultanov:
Allahın kitabda (Tövratda) nazil etdiklərini (Mühəmməd Peyğəmbərin vəsflərini) bir az mənfəət müqabilində gizlədənlər qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət günü Allah nə onlarla danışar, nə də onları təmizə çıxarar. Onlar üçün şiddətli bir əzab vardır.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, onlar Allahın endirdiyi Kitabdan bir şeyləri gizlədərlər və onu az bir bədəllə satarlar. Onların yedikləri (bu rüşvət) qarınlarında atəşdən başqa bir şey olmaz. Qiyamət günü Allah onlarla danışmayacaq və onları islah da etməyəcək (təmizə çıxarmayacaq). Onlar üçün əlim əzab (ağrılı-acılı) vardır.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, gizlədirlər nə ki, nazil etdi Allah
kitabdan və alver edirlər onunla az qiymətə, həmin onlar
bətnlərinə yeyirlər ancaq od. Kəlmə kəsməz onlarla Allah
qiyamətin günü və paklamaz onları və onlar üçün əzab var
ələmli!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, Allahın kitabdan (səma kitabı olan Tövrat və İncildən) nazil etdiyini (alimlərin öz mənafelərinə görə camaat üçün haram etdikləri şeylərin halal olması barəsindəki ayələri) gizlədən və beləliklə də azacıq bir qazanc əldə edən kəslər qarınlarına oddan başqa bir şey daxil etmirlər (onların gizlətdikləri və ya əldə etdikləri o qazanc axirətdə od yemək şəklində zahir olacaqdır). Həmçinin Allah Qiyamət günü onlarla danışmayacaq, onları (əməllərinin pisliyindən) paklaşdırmayacaq və onlar üçün ağrılı bir əzab olacaqdır.
Kövsər Tağıyev:
Allahın endirdiyi kitabdan bir qismini gizlədib onu ucuz qiymətə dəyişənlər (ucuza satanlar) qarınlarına atəşdən başqa bir şey doldurmurlar. Qiyamət günü Allah onlarla nə danışacaq, nə də onları təmizə çıxaracaqdır. Onlar üçün ağrılı-acılı bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın nazil etdiyi Kitabda olanları gizlədənlərin və onu ucuz qiymətə satanların yedikləri qarınlarında oda dönəcəkdir. Qiyamət günündə Allah onlarla kəlimə kəsməyəcək və onları təmizə çıxartmayacaq. Onlar üçün üzücü bir əzab vardır !
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Allahın kitabdan nazil etdiyi bir şeyi gizləyən və gizlədiyi şeyi çox ucuza satanlar; bax onlar, qarınlarına oddan başqa bir şey yeməz. Və qiyamət günü Allah onlarla danışmaz və onları təmizə çıxarmaz və onlara ağrılı bir əzab vardır.