Bəqərə Surəsi 175. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar doğru yolun əvəzinə azğınlığı, bağışlanmanın isə əvəzinə əzabı satın alan şəxslərdir. Onlar (Cəhənnəm) oduna necə səbrlidirlər!
Bünyadov-Məmmədəliyev:
Onlar doğru yol əvəzinə zəlalət yolunu, bağışlanmaq əvəzinə əzabı satın almış kəslərdir. Onlar cəhənnəm oduna necə səbrlidirlər!
Elmir Quliyev :
Они купили заблуждение за верное руководство и мучения за прощение. Насколько же они готовы терпеть Огонь!
Ələddin Sultanov:
Onlar doğru yol əvəzinə zəlalət yolunu, bağışlanmaq əvəzinə əzabı satın almış kimsələrdir. Onlar oda qarşı necə səbirlidirlər!
Kerbelayi Malik ağa:
Onlar ki, hidayətin əvəzinə dəlaləti, məğfirətin əvəzinə əzabı satın alanlardır. Elə isə onları atəşə qarşı bu qədər səbirli edən nədir?
Ələsgər Musayev:
Həmin onlar o kəslərdir ki, alver etdilər zəlaləti hidayətlə əzabı məğfirətlə ki, səbrlidirlər onlar üzərində odun!
A.Mehdiyev və D.Cəfərli:
Hidayət bahasına azğınlığı bağışlanmaq müqabilində əzabı satın almış kəslər onlardır. Vay-vay, onlar oda necə səbrlidirlər!
Kövsər Tağıyev:
Məhz bunlar hidayəti verib sapqınlığı, bağışlanmağı verib əzabı satın alanlardır. Onlar cəhənnəm oduna qarşı qədər dözümlüdürlər!?
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar düz yolu verib yanlışını bağışlanmanı verib əzabı satın alanlardır. Onlar cəhənnəm oduna necə dözəcəklər ?!
Sabirə Dünyamalıyeva:
Bax onlar, doğru yol əvəzində zəlalət yolunu, bağışlanmaq əvəzində əzabı satın alan kəslərdir. Bunlar, atəşə qarşı necə dözümlüdürlər!