Əlixan Musayev:
Onlara ayələrimizi verdi-yimiz kimsənin əhvalatını oxu. O, ayələrdən kənara çıxdı, şeytanın təqibinə məruz qaldı, axırda da azanlardan oldu.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Onlara (yəhudilərə) ayələrimizi verdiyimiz kimsənin xəbərini də söylə (oxu). O, (ayələrimizi inkar edib) imandan döndü. Şeytan onu özünə tabe etdi və o, (haqq yoldan) azanlardan oldu
Elmir Quliyev
:
Прочти им историю о том, кому Мы даровали Наши знамения, а он отбросил их. Дьявол последовал за ним, и он стал заблудшим.
Ələddin Sultanov:
Onlara, ayələrimizi verdiyimiz halda onlardan imtina edən kimsənin xəbərini də oxu. Beləliklə şeytan onu özünə tabe etmiş və o da haqq yoldan azanlardan olmuşdu. (Təfsir alimlərinin əksəriyyətinə görə, bu adam İsrail oğullarından Bələm ibn Bauradır. O, əvvəllər Həzrət Musanın dinini qəbul etmiş mömin bir kişi idi. Ancaq Bələmin Həzrət Musa tərəfindən elçi olaraq göndərildiyi qövm Həzrət Musanın onları məğlub edəcəyindən qorxaraq ona təzyiq göstərmişdi. Bələm də Həzrət Musaya bəd dua etmiş və ona qarşı həmin qövmə bəzi hiylələr öyrətmişdi. Allah-Təala isə onun bəd duasını o qövmün əleyhinə çevirmiş və Bələmi cəzalandırmışdı.)
Kerbelayi Malik ağa:
Onlara ayələrimizi verdiyimiz kimsənin xəbərini oxu (anlat). Sonra o, ondan (ayələrdən) ayrıldı, artıq şeytan onu özünə tabe etdi. Beləcə o, zərər görənlərdən (azğınlardan) oldu.
Ələsgər Musayev:
Tilavat et onların üzərinə o kəsin xəbərini ki, əta etmişdik ona ayətlərimizi və o, ayrı düşdü ondan. Şeytan onu özünə tabe etdi və o, azmışlardan oldu.
A.Mehdiyev və D.Cəfərli:
Və onlara ayələrimizi (səmavi kitabın maarifini, yaxud duanın qəbul olunması məqamını) verdiyimiz, lakin (etiqadda küfr və əməldə nankorluq nəticəsində) onlardan xaric olan, beləliklə şeytan təqibinə məruz qalan və nəhayət yolunu azanlardan olan şəxsin (Musanın zamanında yaşamış alim Bəl’əm Bauranın) hekayətini oxu.
Kövsər Tağıyev:
Ona ayələrimizi verdiyimiz halda onlardan uzaqlaşıb Şeytanın onu özünə tabe etdiyi, bu səbəblə də azğınlardan olan kimsənin xəbərini onlara danış.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara o kəsin xəbərini çatdır ki, Biz ona ayələrimizi bəxş etmişdik, o isə onlara inanmayıb bir kənara atmışdı. Şeytan onu özünə tabe etmiş və o, yolunu azanlardan olmuşdu.
Sabirə Dünyamalıyeva:
Ayələrimizi özünə verdiyimiz, sonra onlardan siyrilib çıxan, sonra, şeytanın öz arxasınca apardığı, beləliklə də azğınlardan olan o adamın xəbərini onlara bildir.