Əlixan Musayev:
Küfrə can atanlar səni kədərləndirməsin. Çünki onlar Allaha heç bir zərər yetirə bilməzlər. Allah istəyir ki, onlara axirətdə heç bir şey nəsib etməsin. Onlar üçün böyük bir əzab vardır.
Bünyadov-Məmmədəliyev:
Küfrə can atanlar səni kədərləndirməsin! Əlbəttə, onlar Allaha heç bir zərər yetirə bilməzlər, Allah da istər ki, axirətdə onlara heç bir pay verməsin. Onları böyük bir əzab gözləyir!
Elmir Quliyev
:
Пусть не печалят тебя те, которые спешат к неверию. Они ничем не навредят Аллаху. Аллах желает лишить их доли в Последней жизни, и им уготованы великие мучения.
Ələddin Sultanov:
Küfr etməyə can atanlar səni kədərləndirməsin! Əlbəttə, onlar Allaha heç bir zərər yetirə bilməzlər. Allah axirətdə onlara heç bir pay vermək istəmir. Onlar üçün böyük bir əzab vardır.
Kerbelayi Malik ağa:
Küfrə can atanlar səni kədərləndirməsin. Şübhəsiz ki, onlar Allaha heç bir şey ilə əsla zərər verə bilməzlər. Allah onlara axirətdə bir nəsib verməmək istəyir. Onlar üçün ‘Böyük Əzab’ vardır.
Ələsgər Musayev:
Hüznlü etməsin səni o kəslər ki,
sürətlidirlər küfrdə. Həqiqətən, onlar zərər yetirməzlər Allaha
şeynən. İstəyir Allah etməsin onlar üçün həzz axirətdə və onlar
üçün əzab əzəmətli!
A.Mehdiyev və D.Cəfərli:
M?bada kufr yolunda t?l?s?nl?r s?ni k?d?rl?ndirsinl?r. Onlar Allaha ?sla hec bir ziyan vurmurlar. Allah ist?yir ki, (ita?tsizlikl?rin? gor?) axir?td? onlara bir pay qoymas?n. Onlar ucun boyuk bir ?zab vard?r.
Kövsər Tağıyev:
Küfrdə yarışanlar səni məyus etməsin. Onlar Allaha heç bir şəkildə zərər verə bilməzlər. Allah istəyir ki, onlara axirətdə bir pay verməsin. Onlar üçün böyük bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
Küfrə can atanlar qoy səni pərişan etməsinlər, onlar heç bir şeydə Allaha ziyan vura bilməzlər. Allah istəyir ki, onlara axirətdə heç bir şey nəsib etməsin. Onlar üçün böyük bir əzab vardır.
Sabirə Dünyamalıyeva:
Küfrdə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etməkdə] yarışan kəslər də səni kədərləndirməsin. Onlar, Allaha heç bir surətdə qətiyyən zərər vermirlər. Allah da istəyir ki, onlara axirətdə heç bir pay verməsin. Və onlar üçün çox böyük bir əzab var.