Nisa Surəsi 176. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Səndən fitva istəyirlər. De: “Valideyni övladı olmayan kəsin (mirası) barəsində fitvanı sizə Allah verir”. Əgər övladı olmayan şəxs öldükdə onun bacısı varsa, qoyub getdiyinin yarısı bacıya çatır. Əgər onun övladı yoxdursa, qardaşı ona varis olur. Əgər (varislər) iki bacıdırsa, (ölənqardaşın) qoyub getdiyinin üçdə iki hissəsi onlara çatır. Əgər (varislər) qardaş bacılardırsa, kişiyə iki qadının payı qədər (pay) düşür. Allah bunu sizə bəyan edir ki, (doğru) yoldan çıxmayasınız. Allah hər şeyi bilir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Səndən fitva istəyirlər. De: “Atası övladı olmayan şəxs (şəxsin mirası) haqqında Allah sizə belə fitva verir: Övladı (və atası) olmayan bir şəxs vəfat etdikdə onun (atabir-anabir ya yalnız atabir) bir bacısı varsa, qoyub getdiyi malın yarısı bacıya çatır. Övladı (və atası) olmayan bir qadın vəfat etdikdə qardaşı onun varisidir (malının hamısı onun payına düşür). Əgər vəfat edən şəxsin iki (və ya daha artıq) bacısı varsa, mirasın üçdə ikisi onlara çatır. Əgər varislər qardaş bacılardan (bir qardaş, bir bacı ya bir neçə bacı-qardaşdan) ibarət olarsa, kişiyə (qardaşa) qadına (bacıya) düşən payın iki misli verilir”. Allah bunu sizə doğru yoldan çıxmamağınız üçün aydınlaşdırır. Allah hər şeyi biləndir!
Elmir Quliyev :
Они просят тебя вынести решение. Скажи: "Аллах вынесет для вас решение относительно тех, кто не оставляет после себя родителей или детей". Если умрет мужчина, у которого нет ребенка, но есть сестра, то ей принадлежит половина того, что он оставил. Он также наследует ей, если у нее нет ребенка. Если их две сестры, то им принадлежат две трети того, что он оставил. Если же они являются братьями и сестрами, то мужчине принадлежит доля, равная доле двух женщин. Аллах разъясняет вам это, чтобы вы не впали в заблуждение. Аллах ведает о всякой вещи.
Ələddin Sultanov:
Səndən fitva istəyirlər. De: “Atası övladı olmayan şəxsin (mirası) haqqında Allah sizə fitva verir ki, əgər övladı olmayıb bir bacısı olan adam vəfat edərsə, mirasın yarısı onundur (bacısınındır). Övladı olmayan bir qadın vəfat etdikdə, qardaşı, onun varisidir. Əgər (vəfat edənin) iki (bacısı) varsa, mirasın üçdə ikisi onlarındır. Əgər (vəfat edənin daha çox) qardaşları bacıları varsa, kişiyə (bir qardaşa), iki qadına (iki bacıya) düşən pay qədər (miras) düşür. Allah (bunu) doğru yoldan çıxmayasınız deyə sizə bəyan edir. Allah hər şeyi biləndir”.
Kerbelayi Malik ağa:
Səndən fətva istəyirlər. De ki: Allah kəlalə (anası, atası övladı olmayan kimsə) haqqında belə fətva verir. Əgər o kimsə öldükdə, onun övladı yoxdursa bacısı varsa, o təqdirdə mirasının yarısı onundur. Əgər onun (ölən bacının) oğlu yoxdursa, o (qardaş) ona (bacıya) varis olar. Lakin əgər iki bacısı varsa, o təqdirdə qoyub getdiyinin üçdə ikisi onlarındır. Əgər bir neçə bacı qardaşdırlarsa, o zaman ‘iki bacı payı’ qədəri kişinindir. Allah saparsınız deyə sizə bəyan edir (açıqlayır). Allah hər şeyi ən yaxşı biləndir.
Ələsgər Musayev:
Səndən fitva istəyirlər. De: «Allah fitva verir sizə böyürdə. Əgər ömrü həlakdır, deyil onun üçün övlad onun üçün bacı, onun üçündür yarısı, ki, tərk etdi. o varisdir ona, əgər olmaya onun üçün övlad. Əgər oldu ikisi, hər ikisi üçün üçdə ikisi, nədən ki, tərk etdi. Əgər oldular qardaşlar, kişilər qadınlar, kuşi üçün misli həzzi iki qadının». Bəyan edır Allah sizin üçün ki, azmayasınız Allah küllisi ilə şeyin Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Səndən hökm verməyini istəyirlər, de: «Kəlalə (ata-anaları bir olan, yaxud yalnız atadan bir olan bacılar) barəsində sizə Allah hökm verir: Əgər övladı (atası, anası babası) olmayan bir kişi ölsə onun yalnız bir bacısı olmuş olsa, onun mirasının yarısı (şəriətin ilkin qaydasına əsasən) ona məxsusdur (qalan hissələr ikinci qaydaya əsasən irs olaraq ona düşür). Bu qardaş da, əgər bacının övladı yoxdursa onun (malının hamısının) varisi olur. Amma əgər bacılar iki nəfər olsalar, ölənin mirasının üçdə ikisi onlara məxsusdur (və qalan hissələr şəriətin ikinci qaydasına əsasən irs kimi onlara düşür). Əgər onlar bir neçə bacı qardaş olsalar (bütün miras onlara məxsusdur, lakin) kişiyə iki qadının payı qədər düşür. Allah (məsələləri) sizə (bu cür) bəyan edir ki, məbada azasınız. Allah hər şeyi biləndir.
Kövsər Tağıyev:
Səndən fətva istəyirlər. De ki: “Allah sizə “kəlalə” (atasız övladsız kimsə)nin mirası haqqında hökmünü açıqlayır: Övladı olmayan bir kimsə ölərsə bacısı varsa, qoyub getdiyi malın yarısı onundur. Əgər bacısı ölərsə övladı da yoxdursa, qardaşı onun varisi olar. Əgər iki bacıdırlarsa, (qardaşın) buraxdığı malın üçdə ikisi onlarındır. Əgər (varis olaraq) həm qardaşlar, həm bacılar varsa, o zaman (bir) kişiyə iki qızın hissəsi qədər (pay) düşür”. Doğru yoldan çıxmayasınız deyə Allah sizə (hökmünü) açıqlayır. Allah hər şeyi haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizdən fitva istədər. De: "Allah sizə atası uşağı olmayan kəs barəsində fitva verir; uşağı olmayan bir adam öldükdə, əgər onun bacısı varsa, qoyub-getdiyi mirasın yarısı ona düşür. Əgər (ölən adam) uşağı olmayan bacıdırsa, qardaşı ona varis olur. Əgər iki bacıdırlarsa, onda onun [ölən qardaşın] qoyub getdiyi mirasın üçdən ikisi onlarındır. Əgər bir neçə bacı qardaşdırsa. onda kişiyə iki qadın payı düşür. Allah yanılmamanız üçün (bunu) sizə aydınlaşdırır. Allah hər şeyi yaxşı biləndir.
Sabirə Dünyamalıyeva:
Səndən kəlalə/birinci dərəcədə varisi olmayan şəxslər haqqında fətva istəyirlər. De ki: "Allah, sizə fətva verəcək." Övladı olmayan, bacısı olan bir şəxs ölsə, miras qoyduğu şeyin yarısı bacınındır. bacının övladı yoxdursa, qardaş onun varisi olar. Əgər övladı olmayan qardaşın varisi olan bacılar iki nəfərdirsə, övladı olmadan ölən qardaşın qoyub getdiyinin üçdə-ikisi onlarındır. Əgər övladı olmadan ölən adamın qardaşları bacıları varsa, o zaman kişi üçün iki qadının payı [qədər pay] var. Allah, azmayasınız deyə açıqca izah edir Allah, hər şeyi ən yaxşı biləndir.