Ali-İmran Surəsi 178. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır.
Bünyadov-Məmmədəliyev:
Küfr edənlər onlara verdiyimiz möhləti heç özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar alçaldıcı bir əzab görəcəklər!
Elmir Quliyev :
Пусть неверующие не думают, что предоставленная Нами отсрочка является благом для них. Мы предоставляем им отсрочку для того, чтобы они приумножили свои грехи. Им уготованы унизительные мучения.
Ələddin Sultanov:
Kafirlər, onlara verdiyimiz möhlətin özləri üçün daha xeyirli olduğunu sanmasınlar. Onlara ancaq günahlarını artırmaları üçün möhlət veririk. Onlar üçün alçaldıcı bir əzab vardır.
Kerbelayi Malik ağa:
O kafirlər onlara möhlət verməyimizi özləri üçün əsla bir xeyir sanmasınlar. Yalnız günahlarını artırmaları üçün onlara möhlət veririk. Onlar üçün ‘Alçaldıcı Əzab’ vardır.
Ələsgər Musayev:
Hesab etməsinlər o kəslər ki, kafirdirlər, ki, möhlət veririk onlar üçün, xeyirdir nəfsləri üçün onların. Həqiqətən, ki, möhlət veririk onlar üçün, artırmaları üçün günahı onlar üçün əzab var alçaldıcı!
A.Mehdiyev və D.Cəfərli:
Kufr ed?n k?sl?r onlara verdiyimiz mohl?tin oz xeyirl?rin? olmas?n? guman etm?sinl?r. ?slind? Biz onlara (basa dusm?l?ri ucun) mohl?t veririk (lakin sonda bu, s?b?b olur) ki, onlar (oz) gunah(lar?n)? art?rs?nlar. Onlar ucun alcald?c? bir ?zab vard?r.
Kövsər Tağıyev:
İnkar edənlər onlara verdiyimiz möhlətin özləri üçün xeyirli olduğunu sanmasınlar. Biz onlara ancaq günahları artsın deyə möhlət veririk. Onlar üçün alçaldıcı bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlər qətiyyən belə güman etməsinlər ki, Bizim möhlət verməyimiz onların xeyrinədir. Biz isə onlara möhlət veririk ki, onlar öz günahlarını daha da artırsınlar. Onlar üçün rüsvayedici bir əzab vardır.
Sabirə Dünyamalıyeva:
Allahın məbud rəbb olduğunu tanımayan bu kəslər, zənn etməsinlər ki, Bizim onlara möhlət verməyimiz həqiqətən onlar üçün xeyirlidir. Şübhəsiz, Biz, daha çox günaha batsınlar deyə onlara möhlət veririk. onlar üçün alçaldıcı bir əzab var.