Əlixan Musayev:
Allah kimə hidayət verirsə, doğru yolda olan da odur. Kimləri də azdırırsa, ziyana uğrayanlar da məhz onlardır.
Bünyadov-Məmmədəliyev:
Allahın doğru yola yönəltdiyi kimsə doğru yoldadır. Onun (haqq yolundan) sapdırdığı kimsələr isə ziyana uğrayanlardır.
Elmir Quliyev
:
Кого Аллах наставляет на прямой путь, тот идет им. А кого Аллах вводит в заблуждение, те становятся потерпевшими убыток.
Ələddin Sultanov:
Allah kimi doğru yola yönəldərsə, doğru yolda olan odur. O, kimləri azdırarsa, onlar əsil ziyana uğrayanlardır.
Kerbelayi Malik ağa:
Allah kimi hidayət etsə, artıq o hidayət olmuşdur. Kim dəlalətdə buraxılsa, onlar artıq hüsrana uğrayanlardır.
Ələsgər Musayev:
Allah kimi hidayət edə və
o, hidayət tapar və kimi zəlalətdə tərk edə - həmin onlar
xəsarətdədirlər!
A.Mehdiyev və D.Cəfərli:
Allah kimi hidayət etsə, o əsl hidayət olunmuşdur və kimi öz azğınlığında boşlasa, həqiqətən ziyana uğrayanlar onlardır!
Kövsər Tağıyev:
Allah kimi doğru yola yönəldərsə, doğru yolu tapan odur. Kimləri də azdırarsa, onlar məhz ziyana uğrayanlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Kimə ki Allah yol göstərir, o, düz yolla gedir, kimləri ki, O, yolundan çıxardır, onlar ziyana düşənlərdir.
Sabirə Dünyamalıyeva:
Allah kimə yol göstərərsə, bax o, yönəldildiyi doğru yolu tapar. Kimi də azdırarsa, bax onlar, ziyana uğrayanların özüdür ki var.