Əlixan Musayev:
Qisasda sizin üçün həyat (əmin-amanlıq) vardır, ey ağıl sahibləri! Bəlkə (Allahdan) qorxasınız.
Bünyadov-Məmmədəliyev:
Ey ağıl sahibləri, bu qisas (qisas hökmü) sizin üçün həyat deməkdir. Ola bilsin ki, (bununla) pis əməldən (qətldən) çəkinəsiniz.
Elmir Quliyev
:
Возмездие спасает вам жизнь, о обладатели разума! Быть может, вы будете богобоязненны.
Ələddin Sultanov:
Ey ağıl sahibləri, qisasda sizin üçün həyat vardır! Ola bilsin ki, siz pis əməllərdən çəkinəsiniz. (Bu ayədəki “qisasda sizin üçün həyat vardır” ifadəsindən məqsəd odur ki, əgər qisas tətbiq edilərsə, bir insanın öldürülməsi ilə bir çox insanın həyatı xilas olar. Çünki başqalarını öldürdüyü zaman ölümə məhkum olacağını dərk edən bir şəxs bu cinayəti işləməz.)
Kerbelayi Malik ağa:
Ey Üluləlbab! Qisasda sizin üçün həyat vardır. Ümid edilər ki, beləcə siz təqva sahibi olarsınız.
Ələsgər Musayev:
Sizin üçün qisasda həyat
var, ay ulu ağıl sahibləri, ola ki, təqvalı olasınız!
A.Mehdiyev və D.Cəfərli:
Ey ağıl sahibləri, qisasda sizin üçün həyat vardır (cəmiyyətin həyatı qisas hökmünün həyata keçirilməsindədir), (ki) bəlkə (nahaq qanlar axıtmaqdan) çəkinəsiniz.
Kövsər Tağıyev:
Ey ağıl sahibləri! Qisasda sizin üçün həyat var. Ola bilsin ki, (bu hökmə tabe olaraq) qorunasınız.
M.Qənioğlu və T.Bilaloğlu:
Qisasda sizin üçün bir həyat vardır, ey ağıl sahibləri ! Ola bilsin ki, Allahdan qorxasınız !
Sabirə Dünyamalıyeva:
Ey anlama qabiliyyəti olanlar! Allahın mühafizəsi altına daxil olasınız deyə bu ədalətli əvəz prinsipində sizin üçün həyat var.