Əraf Surəsi 179. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz Cəhənnəm üçün bir çox cinlər insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır.
Bünyadov-Məmmədəliyev:
Biz cinlərdən insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!
Elmir Quliyev :
Мы сотворили для Геенны много джиннов и людей. У них есть сердца, которые не разумеют, и глаза, которые не видят, и уши, которые не слышат. Они подобны скотине, но еще более заблудшие. Именно они являются беспечными невеждами.
Ələddin Sultanov:
And olsun ki, cinlərdən insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların (haqqı) qavramayan qəlbləri, (haqqı) görməyən gözləri, (haqqı) eşitməyən qulaqları var. Onlar heyvanlar kimidirlər, hətta daha çox zəlalətdədirlər. Əsil qafillər onlardır.
Kerbelayi Malik ağa:
And olsun ki, cəhənnəmi insanların cinlərin çoxu üçün hazırladıq (yaratdıq). Onların qəlbləri vardır, onunla idrak etməzlər. Onların gözləri vardır, onunla görməzlər. Onların qulaqları vardır, onunla eşitməzlər. Onlar heyvanlar kimidir. Hətta daha çox dəlalətdədirlər. Məhz onlar qafillərdir.
Ələsgər Musayev:
Əlbəttə, Biz göndərərik cin insanlardan çoxlarını cəhənnəmə. Onların qəlbləri var, ancaq onunla anlamırlar. Onların gözləri var, ancaq onunla görmürlər. Onların qulaqları var, ancaq onunla eşitmirlər. Onlar dörd ayaqlı davar kimidirlər. Bəli, onlar zəlildirlər. Həmin onlar qafildirlər!
A.Mehdiyev və D.Cəfərli:
Doğrudan da Biz cin insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf təkamül istedadına malik olduqları halda, batil puç yola gedirlər) onlar həmin qafillərdirlər.
Kövsər Tağıyev:
And olsun, biz cinlər insanlardan qəlbləri olub bunlarla anlamayan, gözləri olub bunlarla görməyən, qulaqları olub bunlarla eşitməyən bir çoxlarını cəhənnəm üçün yaratdıq. Bunlar heyvanlar kimidir, hətta daha da aşağıdırlar. Bunlar məhz qafillərdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz cəhənnəm üçün bir çox cinlər insanlar yaratdıq; onların ürəkləri var, lakin onlarla anlamırlar, gözləri var, ancaq onlarla görmürlər, qulaqlan var, fəqət onlarla eşitmirlər. Onlar heyvan kimidirlər, hətta daha çox azmışlar. Onlar qəflətdədirlər.
Sabirə Dünyamalıyeva:
and olsun ki, tanıdıqlarınızdan-tanımadıqlarınızdan bir çoxunu cəhənnəm üçün törətdik, artırdıq; onların qəlbləri var, onunla anlamazlar. Gözləri var, onunla görməzlər. Qulaqları var, onunla eşitməzlər. Bax onlar, dörd ayaqlı heyvanlar kimidir. Hətta daha da azğındırlar. Bax onlar, qafillərin özüdür ki var.