Əlixan Musayev:
Allaha qarşı yalan uyduran kəsdən daha zalım kim ola bilər? Onlar Rəbbinin hüzuruna gətiriləcək və şahidlər: “Bunlar Rəbbinə iftira yaxanlardır”– deyəcəklər. Allahın lənəti olsun zalımlara!
Bünyadov-Məmmədəliyev:
Allaha iftira yaxandan (öz sözünü yalandan Allaha aid edəndən) daha zalım kim ola bilər? Onlar Allahın hüzuruna gətirilər, şahidlər (mələklər, peyğəmbərlər, bütün məxluqat, yaxud insanın öz bədəninin üzvləri) belə deyərlər: “Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!” Bilin ki, zalımlar Allahın lənətinə gələcəklər!
Elmir Quliyev
:
Кто может быть несправедливее того, кто возвел навет на Аллаха? Когда они предстанут перед Господом, свидетели скажут: "Это они оболгали своего Господа". Да будет проклятие Аллаха над беззаконниками,
Ələddin Sultanov:
Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər?! Onlar (axirət günü) Rəbbinin hüzuruna gətiriləcəklər. Şahidlər də: “Bunlar Rəbbinə qarşı yalan söyləyənlərdir!” - deyəcəklər. Bilin ki, Allahın lənəti zalımlaradır.
Kerbelayi Malik ağa:
Kim Allaha yalan ilə iftira atandan daha zalımdır? Onlar Rəblərinin hüzuruna gətirilərlər və şahidlər deyərlər: ‘Bunlar Rəbləri barəsində yalan danışanlardır.’ Allahın lənəti zalımların üzərinə deyilmi?
Ələsgər Musayev:
O kəsdən zalim kimdir ki, iftira edə
Allahın üzərinə yalan? Həmin onları Rəblərinin hüzuruna
gətirərlər və şahidlər deyərlər: «Bunlar o kəslərdir ki, Rəbləri
barəsində yalan dedilər». Məgər yoxmu? Allahın lənəti
üzərinədir zalimlərin!
A.Mehdiyev və D.Cəfərli:
Kim Allaha yalan nisbət verəndən (Onu olmadığı kimi vəsf edəndən, qeyri-asimani bir dini Ona nisbət verəndən, şəriətdə bir bidət yaradandan) daha zalımdır? Onlar (Qiyamət günü) özlərinin Rəbbinə təqdim ediləcəklər və şahidlər (əməlləri yazan mələklər, hər bir əsrin məsumu və özlərinin bədən üzvləri) deyəcəklər: «Bunlardır özlərinin Rəbbinə yalan nisbət vermiş kəslər! Bilin! Allahın lənəti olsun zalımlara!
Kövsər Tağıyev:
Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər? Bunlar Rəblərinə ərz ediləcəklər və şahidlər də: “Rəblərinə qarşı yalan söyləyənlər məhz bunlardır”, – deyəcəklər. Bilin ki, Allahın lənəti zalımlaradır.
M.Qənioğlu və T.Bilaloğlu:
Allaha qarşı yalan uydurandan daha zalımı kim ola bilər? Onlar özlərinin Rəbbi hüzuruna gətiriləcəklər. Şahidlər deyəcəklər. "Bunlar Rəbbinə qarşı yalan söyləyənlərdir". Biləsiz ki Allahın lənəti zalımların üzərinədir!
Sabirə Dünyamalıyeva:
Və bir yalanla Allaha iftira edəndən daha səhv; öz zərərinə əməli işləyən kim ola bilər? Bunlar Rəbbinə ərz olunacaq, şahidlər də "Bax bunlar Rəbbi barəsində yalan söyləyənlərdir" deyəcəklər. Xəbəriniz olsun!