Yusif Surəsi 18. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Qardaşları) onun köynəyinə saxta qan ləkəsi sürtüb gətirdilər. (Yaqub) dedi: “Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir. (Mənə) gözəl səbr gərəkdir. Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır”.
Bünyadov-Məmmədəliyev:
Onlar (Yusifin) köynəyinin üstünə yalandan bir qan (ləkəsi yaxıb) gətirmişdilər. (Yəqub) dedi: “Xeyr (heç dediyiniz kimi deyildir), sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir (çirkin əməlinizi sizə gözəl göstərmişdir). Mənə yalnız gözəl (tükənməz, dözümlü) səbr gərəkdir. Dediklərinizdən (Yusif barəsində dediklərinizin yalan olduğunu sübut etməkdən) ötrü ancaq Allahdan kömək diləmək lazımdır!”
Elmir Quliyev :
Они показали лживую кровь на его рубашке, и он сказал: нет! Это ваши души ввели вас в соблазн, и лучше проявить терпение. Только Аллаха следует просить о помощи против того, что вы рассказали".
Ələddin Sultanov:
Onlar (Yusifin) saxta qana bulanmış köynəyini gətirdilər. (Yaqub peyğəmbər) dedi: “Əksinə, nəfsiniz sizə bu (pis) işi gözəl göstərdi. Ona görə də, mənə düşən gözəl bir şəkildə səbir etməkdir. Söylədiklərinizin qarşısında (mənə) yalnız Allah kömək edə bilər”. (Rəvayətə görə, qardaşları Yusifin köynəyini qana bulayıb atalarına gətirdikləri zaman bu acı xəbəri eşidən Yaqub peyğəmbər fəryad etməyə başladı onun köynəyini istədi. Köynəyi üzünə sürtüb ağladı belə dedi: “Bu günə qədər belə yumşaqxasiyyətli bir qurd görmədim! Oğlumu yemiş, ancaq köynəyini cırmamışdır”. Onun bu sözlərindən belə çıxır ki, Yaqub peyğəmbər onların hiyləsini sezmişdi, ancaq səbir etməkdən başqa əlindən bir şey gəlmirdi.)
Kerbelayi Malik ağa:
Üzərində saxta qan ləkəsi olan köynəyi gətirdilər. (Atası belə) dedi: ‘Xeyr. Sizi nəfsiniz bir işə sövq etmişdir. Artıq bundan sonrası (mənim üzərimə düşən yalnız) gözəl bir səbirdir. Sizin anlatdığınız şeyə qarşı istianə (yardım) istəniləcək olan yalnız Allahdır.’
Ələsgər Musayev:
Onun yalandan qanlı köynəyini gətirdilər. Dedi: «Bəli, sizin nəfsiniz bu əmri sizə gözəl cilvələndirib. Səbr etmək daha gözəldir. Sizin bu vəsfinizə görə Allahdan yardım istəmək lazımdır!»
A.Mehdiyev və D.Cəfərli:
onun köynəyinin üzərində yalançı qan gətirdilər. (Ata) dedi: «(Siz dediyiniz kimi deyildir. Canavar Yusufu cür yeyib ki, köynəyini parçalamayıb?) Əksinə, nəfsiniz (pis) işi nəzərinizdə gözəl göstərmişdir. Buna görə gərək gözəl bir səbr edəm. Sizin dediyiniz şey barəsində yalnız Allahdan yardım diləmək lazımdır.»
Kövsər Tağıyev:
Bir üstünə saxta bir qan bulaşdırılmış köynəyini gətirdilər. Yaqub dedi ki: “Xeyr! Nəfsləriniz sizi aldadıb belə bir işə sövq etdi. Artıq mənə gözəlcə səbir etmək qalır. Danışdıqlarınız qarşısında yalnız Allahdan kömək istənilə bilər”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar onun köynəyinə yalandan qan ləkəsi (yaxıb) gətirdilər. O [Yaqub] dedi: "Xeyr, sizin ürəyiniz sizi bu əmələ sövq etmişdir. Yaxşıca səbr (lazımdır). Haqqında danışdığınız işlərə qarşı isə Allahdan kömək dilənməlidir".
Sabirə Dünyamalıyeva:
Bir köynəyinin üstündə yalandan bir qan gətirdilər. Ataları dedi ki: "Əksinə, nəfsiniz aldadıb sizə bir gördürmüş. -Artıq gözəl bir səbr!- Bu dediklərinizin müqabilində ancaq Allahın köməyinə sığınmaq olar."