İsra Surəsi 18. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kim gəldi-gedər dünyanı istəsə, orada ona dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış (Allahın rəhmətindən )qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq.
Bünyadov-Məmmədəliyev:
Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz neməti orada tezliklə verərik. Sonra isə (axirətdə) ona Cəhənnəmi məskən edərik. O, (Cəhənnəmə) qınanmış, (Allahın mərhəmətindən) qovulmuş bir vəziyyətdə daxil olar!
Elmir Quliyev :
Если кто возжелает преходящей жизни, то Мы тотчас одарим тем, что пожелаем, того, кого пожелаем. А потом Мы предоставим ему Геенну, где он будет гореть презренным и отверженным.
Ələddin Sultanov:
Kim dünya nemətini istəyərsə, dilədiyimizə orada istədiyimiz qədərini tezliklə verərik. Sonra da onu, qınanmış qovulmuş bir vəziyyətdə cəhənnəmə atarıq.
Kerbelayi Malik ağa:
Kim fani dünyanı istərsə, istədiyimiz kimsəyə dilədiyimiz şeyi ona orada təcili verdik. Sonra onu cəhənnəm əhli etdik. Məzəmmət edilmiş rəhmətdən qovulmuş olaraq cəhənnəmə atılar.
Ələsgər Musayev:
Kim tez keçib gedəni istədi, sürətləndirdik Biz orada istədiyimiz kəs üçün onu ki, istəyirik. Sonra edərik onun üçün cəhənnəmi ki, məzəmmət olunmuş alçaldılmış halda yansın.
A.Mehdiyev və D.Cəfərli:
Kim yalnız bu ötəri nəqdi (dünyanı) istəsə, Biz dünyada istədiyimiz şeyi istədiyimiz şəxsə verməkdə tələsər, sonra onun üçün Cəhənnəmi müəyyənləşdirərik ki, orada məzəmmət olunmuş qovulmuş halda yanar.
Kövsər Tağıyev:
Kim bu fani dünyanı istərsə, orada istədiyimizi istədiyimiz kəsə tezliklə verərik. Sonra da cəhənnəmi ona məskən edərik. O, buraya qınanmış Allahın rəhmətindən qovulmuş olaraq girər.
M.Qənioğlu və T.Bilaloğlu:
Kim tez gəlib gedən şeyləri [dünya malını] istərsə, bu dünyada Biz istədiyimiz kəsə istədiyimiz şeyin verilməsini tezləşdirərik. Sonra isə ona cəhənnəmi nəsib edərik ki, orada o, həqir qəhr edilmiş halda qovrulsun.
Sabirə Dünyamalıyeva:
Hər kim tez keçib gedən dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz şeyi tezləşdirərik. Sonra onun üçün cəhənnəmi hazırlayarıq, qınanmış qovulmuş olaraq oraya daxil olar.