Qəsəs Surəsi 18. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Səhəri gün qorxu içində ətrafa göz qoya-qoya şəhərə çıxdı. Birdən dünən onu köməyə çağıran kəs yenə fəryad qoparıb onu köməyə çağırdı. Musa ona: “Sən, doğrudan da, açıq-aşkar yolunu azmışın birisən!”– dedi.
Bünyadov-Məmmədəliyev:
Beləliklə, (Musa qibtini öldürdüyündən) qorxaraq səhəri şəhərdə nigaranlıq içində qarşıladı. (Bir görsə yaxşıdır!) Dünən ondan imdad diləyən kəs (bu gün başqa bir qibti ilə vuruşaraq) fəryad çəkib yenə onu köməyə çağırdı. Musa ona dedi: “Sən (gündə biri ilə vuruşduğun üçün), doğrudan da, açıq-aşkar bir azğınsan!”
Elmir Quliyev :
Утром он отправился в город, оглядываясь со страхом, и вдруг тот, кто попросил его о помощи накануне, вновь позвал его на помощь. Муса (Моисей) сказал ему: "Ты являешься явным заблудшим".
Ələddin Sultanov:
Beləliklə, o, şəhərdə qorxu içində ətrafa göz qoya-qoya səhərə çıxdı. Bir gördü ki, dünən ondan yardım istəyən həmin adam yenə qışqıraraq onu köməyə çağırır. Musa ona: “Sən, həqiqətən də, açıq-aşkar bir azğınsan”, - dedi.
Kerbelayi Malik ağa:
Beləcə şəhərdə ətrafa göz qoya-qoya səhəri açdı. Lakin dünən kömək istəyən adam ondan (təkrar) kömək istədiyi zaman (Musa ə.s) ona: ‘Şübhəsiz ki, sən açıq-aşkar azğınsan.’ dedi.
Ələsgər Musayev:
Subh etdi s?h?rd? xoflu halda baxaraq. Bird?n, dun?n onu kom?y? cag?ran k?s, yen? onu cag?rd?. Dedi ona Musa: «H?qiq?t?n, s?n, askar azg?nsan!»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə Musa şəhərdə (Misirdə) qorxu vəhşət içərisində (öz törətdiyi işin nəticəsini) gözləyən halda sübhü qarşıladı (gecəni keçirtdi). Bir (gördü ki,) dünən ondan kömək istəyən şəxs, (yenə) onu köməyə çağırır. Musa ona dedi: «Həqiqətən, sən açıq-aşkar bir azğınsan!».
Kövsər Tağıyev:
Qorxu içində ətrafına baxaraq səhəri şəhərdə açdı. Bir gördü ki, dünən ondan yardım istəyən kəs fəryad edərək yenə onu köməyə çağırır. Musa ona: “Bəllidir ki, sən azğın birisən”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Musa qorxu içərisində, ehtiyat edə-edə şəhərdə səhəri açdı. Birdən dünən onu köməyə çağıran adam yenə onu bərkdən köməyə səslədi. Musa ona dedi: "Sən həqiqətən, açıq-aşkar yolunu azmış bir adamsan."
Sabirə Dünyamalıyeva:
Sonra da Musa, şəhərdə qorxu içində, ətrafını yoxlaya-yoxlaya səhərə çıxdı. Bir görsün, dünən ondan kömək istəyən kimsə, fəryad edərək ondan kömək istəyir. Musa ona: "Şübhəsiz ki, sən, açıq-aşkar bir azğınsan!" dedi.