Ənkəbut Surəsi 18. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər (onu )yalançı hesab etsəniz, (bilin)(ki,) sizdən əvvəlki xalqlar da öz (peyğəmbərlərini) yalançı saymışdılar. Peyğəmbərin vəzifəsi isə sadəcə olaraq (dini) anlaşıqlı tərzdə təbliğ etməkdir.
Bünyadov-Məmmədəliyev:
(Ey Məkkə əhli!) Əgər (məni) təkzib etsəniz, (bilin ki) sizdən əvvəlki ümmətlər (öz peyğəmbərlərini) təkzib etmişdilər. Peyğəmbərin vəzifəsi ancaq (dini, Allahın hökmlərini, risalətini) açıq-aşkar təbliğ etməkdir!
Elmir Quliyev :
Если вы сочтете это ложью, то ведь до вас целые народы считали это ложью, но на Посланника возложена только ясная передача откровения.
Ələddin Sultanov:
Əgər (sizə gələn haqqı) yalanlasanız, bilin ki, sizdən əvvəlki ümmətlər (özlərinə gələn haqqı) yalanlamışdılar. Peyğəmbərin vəzifəsi yalnız açıq-aydın təbliğ etməkdir.
Kerbelayi Malik ağa:
Əgər təkzib etsəniz (yalanlasanız) sizdən əvvəlki ümmətlər təkzib etmişdilər. Rəsulların üzərində açıq-aşkar təbliğdən başqa bir şey (məsuliyyət) yoxdur.
Ələsgər Musayev:
Əgər yalan saysanız, fəqət yalan saydılar sizdən qabaqkı ümmətlər rəsulun üzərində ancaq aşkar təbliğdir.
A.Mehdiyev və D.Cəfərli:
«Əgər (məni) təkzib etsəniz (təəccüblü olmaz). Sizdən öncəki ümmətlər (öz peyğəmbərlərini) təkzib etmişdilər. Açıq-aşkar təbliğdən başqa bir şey Peyğəmbərin öhdəsində deyildir (təslim olmağa əməl etməyə məcbur etmək isə imamın öhdəsindədir. Dünyada axirətdə mükafat cəza vermək isə Allahın öhdəsindədir)».
Kövsər Tağıyev:
“Əgər təkzib etsəniz, bilin ki, sizdən əvvəl gəlib keçmiş bəzi ümmətlər təkzib etmişdilər. Peyğəmbərin öhdəsinə düşən sadəcə açıq-aşkar təbliğdir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər siz (peyğəmbəri) yalançı hesab etsəniz (bilin ki,) sizdən əvvəl başqa millətlər (peyğəmbərləri) yalançı hesab etmişdilər. Peyğəmbərin vəzifəsi isə (Allah kəlamını) ancaq aydın şəkildə çatdırmaqdır.
Sabirə Dünyamalıyeva:
əgər siz təkzib etsəniz, bilin ki, sizdən əvvəlki bəzi ümmətlər təkzib etmişdi. Elçiyə düşən [vəzifə] açıq-aşkar təbliğ etməkdən başqa bir şey deyil.