Səba Surəsi 18. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Səbaqəbiləsiilə) bərəkət verdiyimiz məmləkətlər arasında aydın görünən (bir-birinə yaxın) şəhərlər salmış, orada gediş-gəliş yaratmışdıq. “Oralarda gecələr gündüzlər arxayın gəzib dolaşın!”(– demişdik.)
Bünyadov-Məmmədəliyev:
Onların (Səba əhlinin) yurdu ilə bərəkət verdiyimiz məmləkətlər (Şam Urdun) arasında bir-birinə bitişik (abad) qəsəbələr inşa etmiş, orada gediş-gəliş yaratmışdıq (belə ki, səfər zamanı yolçular o qəsəbələrin birində istirahət edir, axşam isə digərində yatıb dincəlirdilər). (Onlara belə demişdik: ) “Gecələri-gündüzləri (istədiyiniz vaxt) orada arxayın gəzib-dolanın!”
Elmir Quliyev :
Между ними и городами, которые Мы благословили, Мы воздвигли ясно различимые города и размерили путь между ними. Разъезжайте между ними ночью и днем в безопасности!
Ələddin Sultanov:
Biz onların (Səbə qövmünün) bərəkət verdiyimiz məmləkətlərin arasında açıq-aşkar görünən qəsəbələr inşa etdik, aralarındakı gediş-gəlişi asanlaşdırdıq. (Onlara belə dedik:) “Gecə-gündüz orada arxayın gəzib dolaşın!”
Kerbelayi Malik ağa:
Onlarla bərəkətli etdiyimiz ölkələr arasında, bir-birinə yaxın şəhərlər saldıq orada seyr (səfər) ediləcək yollar yaratdıq. Orada gecələri gündüzləri arxayın gəzin (səfər edin, dedik).
Ələsgər Musayev:
Etdik onların arasında o diyarlar arasında, hansı ki, bərəkətli etmişdik oranı gözlər üçün zahir olan diyarlar. qədərində etdik orada seyr etməyi: «Seyr edin orada gecə gündüz əminliknən!»
A.Mehdiyev və D.Cəfərli:
Onlarla (şəhərləri ilə) bərəkət verdiyimiz şəhərlərin (Şam torpaqları) arasında aşkar (yaxın bir-birinə bitişik) şəhərlər yaratmış onların arasında gediş-gəliş müəyyən etmiş məhdudlaşdırmışdıq (məskənlərin fasiləsi onların arasındakı get-gəlin miqdarı bir ölçüdə idi onlara buyurduq:) «Gecələr gündüzlər bu şəhərlərin arasında aramlıq əmin amanlıqla get gəl edin».
Kövsər Tağıyev:
Səbə xalqı ilə bərəkətləndirdiyimiz şəhərlər arasında (hər biri digərindən) görünən şəhərlər yaratdıq. Oralarda səyahəti asanlaşdırdıq onlara da belə dedik: “Oralarda gecə-gündüz əmin-amanlıq içində gəzib dolaşın”.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onlarla [Səba əhli ilə] xeyir-bərəkət verdiyimiz məmləkətlər arasında bir-birindən görünən kəndlər qurduq orada gediş-gəliş yolu müəyyən edib: “Orada gecə gündüz arxayın gəzib dolanın.“ - dedik.
Sabirə Dünyamalıyeva:
18) Biz onlarla bərəkət verdiyimiz məmləkətlər arasında, arxaları bir-birinə [bitişik] şəhərlər meydana gətirmişdik. onlara da müntəzəm gediş-gəliş təşkil etdik: -Bu yerlərdə gecələr gündüzlər əmin-amanlıq içində gedin-gəlin!-