Zümər Surəsi 18. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar, onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Ağıl sahibləri məhz onlardır.
Bünyadov-Məmmədəliyev:
O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri elə onlardır!
Elmir Quliyev :
которые прислушиваются к словам и следуют наилучшим из них. Это те, которых Аллах наставил на прямой путь. Они и есть обладающие разумом.
Ələddin Sultanov:
Onlar sözü dinləyər, sonra da onun ən gözəlinə (Qurana) tabe olarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Əsil ağıl sahibləri onlardır.
Kerbelayi Malik ağa:
Onlar sözü eşidərlər, beləcə onun ən gözəlinə tabe olarlar. Onlar Allahın hidayətə ərdirdikləridir. Onlar Üluləlbabdır (daimi zikrin sahibləri).
Ələsgər Musayev:
o kəslər ki, qulaq asırlar sözə itaət edirlər onun yaxşısına! Həmin onlar o kəslərdir ki, hidayət edib onları Allah həmin onlar ağıl sahibidirlər!
A.Mehdiyev və D.Cəfərli:
Sözlərə qulaq asıb onların ən yaxşısına tabe olan kəslərə! Allahın hidayət etdiyi kəslər onlardır onlardır əsl ağıl sahibləri!
Kövsər Tağıyev:
Sözü dinləyib onun ən gözəlinə uyanlar ki var, onlar Allahın hidayətə qovuşdurduğu kimsələrdir. Ağıl sahibləri məhz onlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
onlar sözə qulaq asır onun ən yaxşısının ardınca gedirlər” Onlar Allahın düz yola çıxartdığı kəslərdir, əql sahibləri bax, onlardır.
Sabirə Dünyamalıyeva:
sözə qulaq asıb ən gözəlinə uyan qullarıma! Bax onlar, Allahın doğru yola yönəltdiyi kəslərdir. bax onlar, qavrama qabiliyyəti/təmiz ağıl sahibi olanlardır.