Mömin Surəsi 18. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onları ürəklərin xirtdəyə çatacağı, (özləridə) qəm-qüssə içində olacaqları Yaxınlaşan günlə qorxut. (O gün) zalımların bir yaxın dostu, sözü keçən bir şəfaətçisi olar.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Onları (hövldən) ürəklərin ağıza gələcəyi (udquna belə bilməyəcəkləri ya ürəkləri qəm-qüssə ilə dolacağı) yaxın günlə (qiyamət günü ilə) qorxut. (O gün) zalımların bir dostu, sözü keçən bir şəfaətçisi olar!
Elmir Quliyev :
Предупреди их о приближающемся дне, когда сердца подступят к горлу, и они будут опечалены. Не будет у беззаконников ни любящего родственника, ни заступника, которому подчиняются.
Ələddin Sultanov:
Yaxınlaşan gün barəsində onlara xəbərdarlıq et! Çünki o zaman onların ürəkləri ağızlarına gələcək qəm-qüssə içində olacaqlar. Zalımların bir dostu, sözü keçən bir şəfaətçisi vardır.
Kerbelayi Malik ağa:
Yaxınlaşan gün (qiyamət günü) haqqında onları xəbərdar et. O zaman qəlblər qorxu ilə xirtdəyə gəlir (can boğaza gəlir). Zalımlar üçün yaxın bir dost şəfaəti qəbul ediləcək bir şəfaətçi yoxdur.
Ələsgər Musayev:
Nəzərlərinə çatdır onların yaxınlaşan gündən, onda ki, qəlbləri boğazlarına çıxar qorxudan acıqlarını udarlar. Zalimlər üçün himayə edəndən, şəfa edəndən yoxdur, hansı ki, ona itaət etsinlər.
A.Mehdiyev və D.Cəfərli:
onları o böyük hadisə (Qiyamət) günü ilə öz qəm-kədərlərini udduqları halda ürəklərin (qorxu vahimədən yerindən qoparaq) qırtlağa çatacağı zamanla qorxut! (Həmin gün) zalımların qohumları, sözü qəbul edilən şəfaətçiləri olar.
Kövsər Tağıyev:
Yaxınlaşan gün haqqında onları xəbərdar et. O gün ürəklər qəm-qüssə ilə doludur, (sanki) qırtlağa qədər dolmuşdur. Zalımların yaxın bir dostu, sözü eşidilən bir şəfaətçisi var.
M.Qənioğlu və T.Bilaloğlu:
Ürəkləri qəhərdən boğazlara gələcəyi günü haqqında onlara xəbərdarlıq et. (O zaman) haqsızlıq edənlərin bir həmdəmi, sözü keçən bir havadarı olar.
Sabirə Dünyamalıyeva:
Yaxınlaşan gün haqqında da onları xəbərdar et. O zaman udqunaraq, dəhşətdən ürpərərək ürəkləri ağızlarına gələcək. Şirk qoşmaq surətiylə səhv; öz zərərinə olan əməli işləyən kimsə üçün istiqanlı bir dost vardır, sözü keçən bir dəstəkçi, köməkçi, şəfaətçi...