Əlixan Musayev:
(Qiyamətə) inanmayanlar onun tez gəlib çatmasını istəyirlər. Möminlər isə ondan qorxur və onun həqiqət olduğunu bilirlər. Şübhəsiz ki, o Saat barəsində mübahisə edənlər dərin bir azğınlıq içindədirlər.
Bünyadov-Məmmədəliyev:
Ona inanmayanlar onun tez gəlməsini istərlər. İnananlar isə onun haqq olduğunu bilərək ondan qorxuya düşərlər. (Ya Peyğəmbər!) Bil ki, o saat barəsində mübahisə edənlər (haqq yoldan) azıb çox uzaq düşmüşlər.
Elmir Quliyev
:
Торопят с ним те, которые не веруют в него. А верующие трепещут перед ним и знают, что он является истиной. Воистину, те, которые спорят о Часе, находятся в далеком заблуждении.
Ələddin Sultanov:
Qiyamətə inanmayanlar onun tez gəlməsini istəyirlər. İnananlar isə ondan qorxur və onun haqq olduğunu bilirlər. Bilin ki, qiyamət barəsində mübahisə edənlər (haqdan) uzaq bir zəlalət içindədirlər.
Kerbelayi Malik ağa:
Ona (qiyamət saatına) inanmayanlar onun tez gəlməsini istəyirlər. Amənu olanlar isə ondan qorxanlardır. Onun haqq olduğunu bilirlər. Şübhəsiz ki, o saat (qiyamət) haqqında şübhə edib mübahisə edənlər həqiqətən uzaq bir dəlalət içindədirlər, (elə) deyilmi?
Ələsgər Musayev:
Tələsirlər
ona o kəslər ki, inanmırlar ona. O kəslər ki, inanırlar, titrəyirlər
ondan və bilirlər ki, o haqdır. Ə, məgər yoxmu? Həqiqətən, o
kəslər ki, şübhədədirlər saatda, uzaq zəlalətdədirlər!
A.Mehdiyev və D.Cəfərli:
Ona imanı olmayanlar onun gəlməsinə tələsir, ona imanı olanlar isə ondan qorxur və onun həqiqət olduğunu bilirlər. Bil! Qiyamət barəsində şübhə edənlər şübhəsiz, uzun-uzadı azğınlıq içərisindədirlər.
Kövsər Tağıyev:
Qiyamətə inanmayanlar onun tez gəlməsini istəyərlər. İnananlar isə ondan qorxarlar və onun haqq olduğunu bilirlər. Yaxşı bilin ki, qiyamət günü haqqında mübahisə edənlər dərin bir zəlalətdədirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Qiyamət gününə inanmayanlar onun tez gəlib çatmasını istərlər. İnananlar isə ondan qorxarlar, çünki onun gerçək olduğunu bilirlər. Bilin ki, qiyamət barəsində mübahisə edənlər yolu çox azıblar.
Sabirə Dünyamalıyeva:
Ona inanmayan insanlar Qiyamətin tez gəlməsini istəyirlər. İnananlar isə ondan qorxuyla titrəyərlər və onun gerçək olduğunu bilirlər. Yaxşı bilin ki, Qiyamətin qopma zamanı haqqında mübahisə edənlər, qətiliklə, geri dönüşü olmayan bir pozğunluq içindədirlər.