Zuxruf Surəsi 18. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar zinət içində böyüdülən çəkişmə zamanı aydın danışa bilməyən (qızlarınımı) (Allaha isnad edirlər)?
Bünyadov-Məmmədəliyev:
Onlar bərbəzək içində böyüdülüb, mübahisə (çəkişmə) zamanı bir dəlil gətirə bilməyən (xilqətcə zəif) qızlarını Allaha övlad isnad edirlər?
Elmir Quliyev :
Неужели они приписывают Аллаху ту, которую растят в нарядах и которая не способна ясно говорить при тяжбе?
Ələddin Sultanov:
Bərbəzək içində yetişdirilən çəkişmə zamanı açıq şəkildə danışmağı bacarmayanlarımı (Allaha isnad edirlər)?!
Kerbelayi Malik ağa:
Zinət üçün yetişdirilən mübarizəyə gücü çatmayanımı (Allaha isnad edirlər)?
Ələsgər Musayev:
Ə, kim ki, böyüdülüb bərbəzək içərisində o xosunlaşmaqdadır, qeyri aşkar?
A.Mehdiyev və D.Cəfərli:
Bər-bəzək içində bəslənən, mübahisə dava-dalaş zamanı bəyanı aydın olmayan kəsi (Allahın övladı adlandırırsınız)?!
Kövsər Tağıyev:
Zinət içində (zərif bir şəkildə) yetişdirilən mübahisədə (dəlilini kişilər kimi) açıqlaya bilməyəni Allaha isnad edirlər?
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər (onlar) zinət içərisində böyüdülən mübahisədə gücsüz olanını (Allaha aid edirlər)?
Sabirə Dünyamalıyeva:
-Ləl-cəvahiratlar içərisində; zəngin, rahat bir həyat süren, mübahiselerde açıqça ortada olmayan, irəli sürdüyü fikri müdafiə/isbat edə bilməyən, bilgisiz, bilinçsiz qorxaq kişimi bu saçmalığı ortaya atır?-