Əlixan Musayev:
Sonra sənə də dində şəriət yolu göstərdik. Sən ona tabe ol və (haqqı) bilməyənlərin istəklərinə tabe olma!
Bünyadov-Məmmədəliyev:
Sonra (ya Rəsulum!) səni də dində şəriət sahibi (bir şəriət üzrə qaim) etdik. Sən ona (o şəriətə) tabe ol və (haqqı) bilməyənlərin nəfslərindən gələn istəklərə uyma! (Yoxsa özünü məhvə düçar edərsən! Peyğəmbər məsum olduğu üçün Muhəmməd əleyhissəlama göndərilən bu əmrlər əslində onun ümmətinə aiddir).
Elmir Quliyev
:
Потом Мы наставили тебя на путь из повеления. Следуй им и не потакай желаниям тех, которые не обладают знанием.
Ələddin Sultanov:
Sonra səni də dində bir şəriət sahibi etdik. Sən ona tabe ol və bilməyənlərin arzularına uyma!
Kerbelayi Malik ağa:
Sonra səni Allahın əmrində şəriət üzrə etdik. Elə isə ona (o şəriətə) tabe ol! Bilməyənlərin həvalarına uyma!
Ələsgər Musayev:
Sonra etdik Biz səni üzərində
şəriətin əmrdən. Tabe ol ona və tabe olma havayı istəklərinə o
kəslərin ki, bilmirlər.
A.Mehdiyev və D.Cəfərli:
Sonra səni işin (ümumi din işinin, məxsus) bir şəriəti (yəni keçmiş dörd şəriət müqabilində İslam şəriəti) yolunda qoyduq. Buna görə də ona tabe ol və heç vaxt, elmi olmayanların (kafir və müşriklərin) nəfsi istəklərinə tabe olma.
Kövsər Tağıyev:
Sonra isə səni din işi barəsində açıq-aşkar bir yola qoyduq. Sən ona tabe ol, bilməyənlərin arzu və istəklərinə uyma.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra Biz səni dinin düz yoluna saldıq. O yolla get, (haqqı) bilməyənlərin həva-həvəsinə uyma!
Sabirə Dünyamalıyeva:
Sonra da səni Allahın Özünə xas işlərindən açıq-aşkar bir yol xəritəsinin/ictimai həyat qanunlarının sahibi etdik. Artıq, sən ona tabe ol, bilməyən kimsələrin boş-müvəqqəti arzularına uyma.