Hədid Surəsi 18. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Şübhəsiz ki, sədəqə verən kişi sədəqə verən qadınlar Allaha gözəl borc verənlər üçün (savab) qat-qat artırılacaqdır. Onlar üçün çox dəyərli bir mükafat da vardır.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, sədəqə verən kişi qadınlar, Allah yolunda gözəl (könül xoşluğu ilə) borc verənlər üçün (əməllərinin savabı) qat-qat artırılacaqdır. Onları həm çox qiymətli bir mükafat (Cənnət) gözləyir!
Elmir Quliyev :
Воистину, для мужчин и женщин, которые раздавали милостыню и одолжили Аллаху прекрасный заем, он будет увеличен. Им уготована щедрая награда.
Ələddin Sultanov:
Həqiqətən, sədəqə verən kişilər, sədəqə verən qadınlar Allaha gözəl bir borc verənlər üçün (əməllərinin mükafatı) qat-qat artırılacaqdır. Bir onlar üçün çox qiymətli bir mükafat vardır.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, sədəqə verən kişilər sədəqə verən qadınlar Allah üçün gözəl borc verənlər (sədəqələr) onlara qat-qat ödənər. Onlar üçün kərim əcr vardır.
Ələsgər Musayev:
Həqiqətən, sədəqə verən kişilər qadınlar, borc verirlər Allaha, yaxşı borc, onlar üçün ikiqat artırılacaqdır. Onlar üçün kəramətli əcr var!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, sədəqə verən kişi qadınlar Allaha gözəl borc vermiş kəslər (möminə faiz xeyir istəmədən borc verən Allah yolunda malından xərcləyən şəxs) üçün (onların mükafatları) qat-qat artırılacaq onların dəyərli bəyənilən mükafatı olacaqdır.
Kövsər Tağıyev:
Şübhəsiz ki, sədəqə verən kişilərlə sədəqə verən qadınlar Allaha gözəl bir borc verənlər ki var, (verdikləri) onlara qat-qat ödənər. Üstəlik onlar üçün çox dəyərli bir mükafat da var.
M.Qənioğlu və T.Bilaloğlu:
Sədəqə verən kişi qadınlar Allaha yaxşı bir borc verənlər üçün (əvəz) qat-qat veriləcəkdir onlar üçün dəyərli bir mükafat olacaqdır.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, sədəqə verən kişilər sədəqə verən qadınlar Allaha gözəl bir ödunc verənlər [ki var]; onlar üçün [bunların əvəzi] qat-qat artırılacaq. Onlar üçün çox şərəfli bir mükafat da var.