Əlixan Musayev:
Kim (ölənin vəsiyyətini) eşitdikdən sonra onu dəyişdirsə, günahı ancaq onu dəyişdirənlərin üzərinə düşər. Şübhəsiz ki, Allah Eşidəndir, Biləndir!
Bünyadov-Məmmədəliyev:
(Ölənin vəsiyyətini) eşitdikdən sonra onu dəyişənlər günah sahibi olarlar. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir.
Elmir Quliyev
:
Если же кто-либо изменит завещание после того, как он выслушал его, то вина ложится только на тех, кто его изменил. Воистину, Аллах — Слышащий, Знающий.
Ələddin Sultanov:
Kim onu (vəsiyyəti) eşitdikdən sonra dəyişdirərsə, onun günahı yalnız onu dəyişdirənlərədir. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, biləndir.
Kerbelayi Malik ağa:
Artıq kim onu (vəsiyyəti) eşitdikdən sonra dəyişdirsə, o təqdirdə onun günahı yalnız onu dəyişdirənlərin üzərinədir. Şübhəsiz ki, Allah Səm'i'dir (ən yaxşı eşidəndir), Alimdir.
Ələsgər Musayev:
Kim dəyişərsə onu
eşitdikdən sonra, həqiqətən, onun günahı üzərindədir o kəslərin
ki dəyişdirirlər onu. Həqiqətən, Allah Səmidir Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Odur ki, kim onu (həmin vəsiyyəti) eşitdikdən sonra dəyişdirsə (tərk və ya təhrif etsə), günahı yalnız onu dəyişdirənlərin boynunadır. Şübhəsiz, Allah eşidən və biləndir.
Kövsər Tağıyev:
Kim eşitdikdən sonra vəsiyyəti dəyişdirərsə, günahı ancaq onu dəyişdirənlərin boynunadır. Şübhəsiz ki, Allah haqqı ilə eşidəndir, haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Kim eşitdikdən sonra onu dəyişdirərsə, bunun günahı dəyişənlərin üzərinə düşər. Həqiqətən də Allah hər şeyi eşidəndir, biləndir !
Sabirə Dünyamalıyeva:
Hər kim bunu eşitdikdən sonra dəyişdirsə, onun günahı ancaq onu dəyişdirənlərin üzərinə düşər. Şübhəsiz ki, Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.