Əlixan Musayev:
“Allah kasıbdır, biz isə varlıyıq!”– deyənlərin sözünü Allah eşitdi. Biz onların dediklərini və haqsız olaraq peyğəmbərləri öldürmələrini yazacaq və (onlara) deyəcəyik: “Dadın yandırıb-yaxan Odun əzabını!
Bünyadov-Məmmədəliyev:
“Allah kasıbdır, biz isə dövlətliyik!” – deyənlərin sözlərini Allah, əlbəttə, eşitdi. (Ya Rəsulum!) Biz onların dediklərini və peyğəmbərləri haqsız yerə öldürdüklərini (mələklər vasitəsilə əməl dəftərlərinə) yazacaq və (qiyamət günü) onlara: “Dadın atəşin əzabını!” – deyəcəyik.
Elmir Quliyev
:
Аллах услышал слова тех, которые сказали: "Аллах беден, а мы богаты". Мы запишем то, что они сказали, и то, как несправедливо они убивали пророков, и скажем: "Вкусите мучения от обжигающего Огня.
Ələddin Sultanov:
Şübhəsiz ki, “Allah kasıbdır, biz isə varlıyıq!” – deyənlərin sözlərini Allah eşitdi. Biz onların bu dediklərini və peyğəmbərləri haqsız yerə öldürmələrini yazacaq və onlara: “Dadın yandırıcı əzabı!” - deyəcəyik.
Kerbelayi Malik ağa:
And olsun ki, ‘Şübhəsiz ki, Allah kasıbdır biz zənginik’ deyən o kəslərin sözünü Allah eşitdi. Biz onların söylədiklərini və peyğəmbərlərini haqsız yerə öldürmələrini yazacağıq. Onlara: ‘yandırıcı əzabı dadın’ deyəcəyik.
Ələsgər Musayev:
Əlbəttə, eşitdi Allah sözlərini o kəslərin ki, dedilər:
«Həqiqətən, Allah fəqirdir və biz isə ehtiyacsız!» Yazarıq
onların, dediklərini və qətlə yetirmələrini onlar nəbiləri qeyri
haqq ilə və deyərik: «Dadın yanar odun əzabını!»
A.Mehdiyev və D.Cəfərli:
Subh?siz, Allah (Onun insanlardan borc ist?m?sini esidib) «h?qiq?t?n, Allah yoxsuldur, biz is? dovl?tliyik» dey?n k?sl?rin sozl?rini esitdi. Tezlikl? dedikl?rini v? Allah?n peyg?mb?rl?rini nahaq yer? oldurm?l?rini yazacaq v? (Qiyam?t gunu) «dad?n yand?r?c? ?zab?» dey?c?yik.
Kövsər Tağıyev:
“Həqiqətən, Allah kasıbdır, biz varlıyıq” deyənlərin sözünü Allah, əlbəttə, eşitdi. Onların dediklərini və haqsız yerə peyğəmbərləri öldürdüklərini yazacaq və: “Dadın atəşin əzabını!” – deyəcəyik.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah kasıbdır, biz isə varlıyıq, - deyənlərin sözlərini əlbəttə Allah eşitmişdir. Biz onların dediklərini və haqsız olaraq peyğəmbərləri öldürmələrini yazacaq və onlara deyəcəyik: "Dadın bu alovun əzabını!"
Sabirə Dünyamalıyeva:
Allah, "Şübhəsiz ki, Allah kasıbdır, biz isə dövlətliyik!" deyən kəslərin sözünü həqiqətən eşitdi. Onların söylədikləri şeyləri və peyğəmbərləri haqsız yerə öldürdüklərini yazacağıq. Və Biz: "Dadın o yandıran [şeyin] əzabını!