Əlixan Musayev:
Kim də vəsiyyət edənin haqsızlıq etməsindən və ya günah işlətməsindən ehtiyat edib (tərəflərin) arasını düzəldərsə, ona heç bir günah olmaz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!
Bünyadov-Məmmədəliyev:
Hər kəs vəsiyyət edənin (öz vəsiyyətilə) səhv etməsindən və ya günaha batmasından ehtiyat edib (ədalət naminə vəsiyyətdə dəyişiklik edərək) varislərin arasını düzəltsə, ona heç bir günah yazılmaz. Allah bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev
:
Если же кто-либо опасается, что завещатель поступит несправедливо или совершит грех, и установит мир между сторонами, то на нем не будет греха. Воистину, Аллах — Прощающий, Милосердный.
Ələddin Sultanov:
Kim vəsiyyət edənin haqsızlıq etməsindən və ya günaha girməsindən qorxub onların (varislərin) arasını düzəldərsə, ona heç bir günah yoxdur. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir.
Kerbelayi Malik ağa:
Lakin kim vəsiyyət edənin haqdan uzaqlaşacağından və ya günaha girəcəyindən qorxsa, bu səbəblə onların aralarını islah etsə (düzəltsə), bu vəziyyətdə onun üzərinə bir günah yoxdur. Şübhəsiz ki, Allah Ğafurdur (məğfirət edəndir), Rəhimdir (Rəhim əsması ilə təcəlli edəndir).
Ələsgər Musayev:
Kim xoflandı vəsiyyət edəndən əyrilik, ya günah və islah
edə aralarında onların və yoxdur günah üzərində onun.
Həqiqətən, Allah Ğəfurdur Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Buna görə də, kim vəsiyyət edənin səhv etməsindən və ya günahından qorxsa (onun səhvən və ya bilərəkdən varislərin hüquqlarını pozmasını başa düşsə) və beləliklə (vəsiyyəti dəyişdirməklə) onların (varislərlə vəsiyyət olunmuş şəxslərin) arasını düzəltsə, (bu dəyişikliyə görə) onun boynuna günah düşmür. Həqiqətən, Allah çox bağışlayan və mehribandır.
Kövsər Tağıyev:
Vəsiyyət edənin xətaya düşməsindən və günaha batmasından qorxan bir kimsə (tərəflərin) arasını düzəldərsə, ona heç bir günah yoxdur. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Vəsiyyətçinin haqsızlıq və günah işlətməsindən ehtiyat edərək, onları (vəsiyyətçi ilə varisi) barışdırana isə bir günah yoxdur. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir !
Sabirə Dünyamalıyeva:
Hər kim vəsiyyət edənin bir səhv işləməsindən və yaxud bir günaha batmasından qorxaraq onların arasını düzəltsə, ona heç bir günah yoxdur. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox rəhm edəndir.