Əlixan Musayev:
Əgər onlar səni yalançı hesab etsələr, (bil ki,) səndən əvvəl açıq-aydın dəlillər, müqəddəs yazılar və nur saçan Kitabla gəlmiş elçiləri də yalançı hesab etmişdilər.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Əgər onlar səni yalançı sayarlarsa (heç də qəmgin olma)! Çünki səndən əvvəl açıq möcüzələr, səhifələr və nur saçan kitab gətirmiş peyğəmbərləri də yalançı saymışdılar.
Elmir Quliyev
:
Если они сочтут тебя лжецом, то ведь лжецами считали многих посланников до тебя, которые принесли ясные знамения, книги и озаряющее Писание.
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Əgər səni yalançı sayırlarsa (kədərlənmə), çünki səndən əvvəl açıq möcüzələr, səhifələr və nur saçan kitab gətirmiş peyğəmbərlər də yalançı sayılmışdılar.
Kerbelayi Malik ağa:
Artıq səni yalanlayarlarsa (kədərlənmə) halbuki, səndən öncəki açıq-aşkar dəlillər, yazılı səhifələr və nurlu kitablar gətirən rəsullar da yalanlanmışdı.
Ələsgər Musayev:
Və əgər yalançı
saysalar səni, fəqət yalançı saymışdılar səndən qabaqkı
rəsulları, hansı ki, gəldilər aydın bəyanatlarla və Zəburla və
nurlu kitabla.
A.Mehdiyev və D.Cəfərli:
Odur ki, ?g?r s?ni t?kzib etdil?rs?, h?qiq?t?n s?nd?n onc? ayd?n d?lill?r, (hikm?tli v? n?sih?tli) yaz?lar, ayd?n v? (din v? s?ri?t?) ayd?nl?q g?tir?n kitab il? g?lmis peyg?mb?rl?r d? t?kzib olundular.
Kövsər Tağıyev:
Əgər səni təkzib etdilərsə, səndən əvvəl açıq dəlilləri, hikmətli səhifələri və aydınlıq saçan kitabı gətirən peyğəmbərlər də təkzib edilmişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlar səni yalançı hesab etsələr (xatırla ki,) axı səndən əvvəl aydın dəlillər, zəburlar [Qurandan öncəki ilahi kitablar] və nur saçan Kitabla gəlmiş peyğəmbərlər də yalançı hesab olunmuşdular.
Sabirə Dünyamalıyeva:
Əgər indi səni yalançı sayırlarsa, bil ki, səndən əvvəl açıq-aşkar dəlillər, səhifələr və aydınlıq gətirən kitab ilə gələn elçilər də yalançı sayılmışdılar.