Əlixan Musayev:
Məgər onlar göylərin və yerin səltənətinə, Allahın yarat-dığı hər şeyə, əcəllərinin yaxın-laşa biləcəyinə diqqət yetirmirlərmi? Bundan sonra hansı sözə inanacaqlar?
Bünyadov-Məmmədəliyev:
Məgər onlar göylərin və yerin mülkünə (Allahın göylərdəki və yerdəki səltənətinə, qüdrətinə), Allahın yaratmış olduğu hər şeyə, əcəllərinin yaxınlaşması ehtimalına diqqət yetirib düşünmürlərmi? Artıq buna (bu Qurana) inanmadıqdan sonra hansı kəlama inanacaqlar?
Elmir Quliyev
:
Неужели они не вглядываются в царствие небес и земли, а также всего, что сотворил Аллах? Быть может, их срок уже близок. В какой же рассказ после этого они уверуют?
Ələddin Sultanov:
Onlar göylərin və yerin hökmranlığına, Allahın yaratdıqlarına və əcəllərinin yaxınlaşması ehtimalına nəzər yetirmədilərmi? Elə isə ondan (Qurandan) sonra hansı kəlama inanacaqlar?
Kerbelayi Malik ağa:
Onlar yerlərin, göylərin hökmranlığına (səltənətinə, qüdrətinə) və Allahın yaratdığı şeylərə və əcəllərinin yaxınlaşmış olması ehtimalına diqqət yetirmirlərmi? Ondan sonra artıq hansı sözə inanarlar (mömin olarlar).
Ələsgər Musayev:
Ə, nəzər salmırlar səmaların və ərzin mülkündə Allahın şeylərdən nə xəlq etdiyinə, ola ki, onların əcəli yaxınlaşa? Bəs bundan sonra hansı hədisə inanacaqlar?
A.Mehdiyev və D.Cəfərli:
Məgər göylərin və yerin böyük mülkünə (Allahın onların hakim və sahibi olmasına və onların da Allahın hökmü altında və Onun mülki olmağı qəbul etmələrinə) və Allahın yaratdığı əşyalara, eləcə də ömürlərinin sonunun yaxınlaşmış ola bilməsinə baxmayıblar? (Və əgər bu kitabın dəvətinə iman gətirməsələr) bəs bundan (bu Qur’andan) sonra hansı sözə iman gətirəcəklər?
Kövsər Tağıyev:
Onlar göylərdəki və yerdəki sonsuz hökmranlıq və nizama, Allahın yaratdığı hər şeyə, əcəllərinin yaxın ola biləcəyinə heç nəzər salmadılarmı? Bundan sonra daha hansı sözə inanacaqlar?
M.Qənioğlu və T.Bilaloğlu:
Görəsən onlar göylərin və yerin səltənətinə, Allahın xəlq etdiklərinə və əcəllərinin gəlib çatmaqda olduğuna bir baxmazlarmı? Bəs ondan [Qurandan] sonra onlar hansı sözə inanacaqlar?
Sabirə Dünyamalıyeva:
Və onlar göylərin və yerin mülkünə və idarəsinə, Allahın əmələ gətirdiyi hər hansı bir şeyə və əcəllərinin həqiqətən yaxınlaşmış olduğu ehtimalına heç baxmadılarmı? Artıq bundan sonra hansı sözə inanacaqlar?