Əlixan Musayev:
Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın dua-sını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.
Elmir Quliyev
:
Если Мои рабы спросят тебя обо Мне, то ведь Я близок и отвечаю на зов молящегося, когда он взывает ко Мне. Пусть же они отвечают Мне и веруют в Меня, — быть может, они последуют верным путем.
Ələddin Sultanov:
Qullarım Məni səndən soruşsalar, (de ki:) “Mən (onlara) yaxınam. Mənə dua etdiyi vaxt dua edənin duasını qəbul edərəm. Ona görə də dəvətimi qəbul edib Mənə iman gətirsinlər. Ola bilsin ki, onlar doğru yola yönələrlər”. (Rəvayətə görə, bədəvi bir ərəb Həzrət Peyğəmbərdən (s.ə.s.): “Rəbbimiz yaxındır yoxsa uzaq? Yaxındırsa, pıçıldayaraq Ona dua edək, yox əgər uzaqdırsa bağıraq!” – deyə soruşmuş, bundan sonra yuxarıdakı ayə nazil olmuşdur. Bu ayədə Allah iman gətirib ixlasla itaət edənlərin dualarını qəbul edəcəyini bildirmişdir.)
Kerbelayi Malik ağa:
Qullarım səndən Məni soruşduğu zaman şübhəsiz ki, Mən (onlara) yaxınam. Mənə dua edilincə dua edənin duasını (dəvətini) qəbul edərəm. O halda onlar da Məni (Mənim dəvətimi) qəbul etsinlər və Mənə amənu olsunlar (Mənə təslim olmağı diləsinlər). Ümid edilər ki, beləcə onlar irşad olarlar.
Ələsgər Musayev:
Onda ki sual edirlər
sənə bəndələrim Məndən, həqiqətən Mən Yaxınam - cavab
verirəm dəvətinə dəvət edənin onda ki dəvət edir Məni. Və
gərək cavab versinlər Mənə və inansınlar Mənə, ola ki, onlar
raşidlər olsunlar!
A.Mehdiyev və D.Cəfərli:
Mənim bəndələrim səndən Mənim barəmdə soruşanda (de ki,) Mən həqiqətən, (hamıya) yaxınam, Məni çağıran zaman dua edənin duasını qəbul edirəm. Odur ki, Mənim dəvətimi qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə yolu tapdılar.
Kövsər Tağıyev:
Qullarım məni səndən soruşsalar, (bilsinlər ki,) həqiqətən, mən (onlara çox) yaxınam. Mənə dua etdikdə dua edənin duasına cavab verərəm. O halda doğru yolu tapmaları üçün mənim dəvətimə uysunlar, mənə iman etsinlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Bəndələrim səndən Məniim haqqımda soruşsalar, Mən yaxındayam, Məni çağıranın səsinə cavab verərəm. Qoy onlar da Mənə cavab versinlər və Mənə iman gətirsinlər ki, bəlkə düz yola qovuşalar.
Sabirə Dünyamalıyeva:
Və bəndələrim səndən Mənim barəmdə soruşduqları zaman, bilin ki, həqiqətən Mən çox yaxınam. Mənə yalvardıqda yalvaranın yalvarışına cavab verərəm. O halda, rüşdə çatmaq üçün onlar da Mənim çağırışımı qəbul etsinlər və Mənə inansınlar.