Əraf Surəsi 186. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah kimi azdırarsa, ona doğru yol göstərən olmaz. (Allah) onları öz azğınlıqları içərisində sərgərdan dolaşan vəziyyətdə tərk edər.
Bünyadov-Məmmədəliyev:
Allah kimi doğru yoldan sapdırsa, ona yol göstərən olmaz. (Allah) onları öz azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyar!
Elmir Quliyev :
Кого Аллах ввел в заблуждение, того никто не наставит на прямой путь. Он бросает их скитаться вслепую в их собственном беззаконии.
Ələddin Sultanov:
Allah kimi azdırarsa, artıq ona doğru yolu göstərən olmaz. Allah onları azğınlıqları içində çaşbaş halda qoyar.
Kerbelayi Malik ağa:
Allah kimi dəlalətdə buraxarsa, artıq onun üçün bir hidayətçi (hidayət edən) yoxdur. Onları azğınlıqları (üsyanları) içində çaşqın bir halda tərk edər.
Ələsgər Musayev:
Kimi Allah zəlalətdə tərk edə, onun üçün hidayət edən tapılmaz O onları öz tüğyanlarında sərgərdan qalsınlar deyə tərk edər.
A.Mehdiyev və D.Cəfərli:
Allah kimi (itaətsizliyinə görə) olduğu azğınlıqda boşlasa, daha onu bir hidayət edən olmaz. (Allah) onları öz azğınlıqlarında sərgərdan qalmaları üçün boşlayır.
Kövsər Tağıyev:
Allah kimi azdırarsa, daha onu doğru yola yönəldəcək kimsə yoxdur. Allah onları azğınlıqları içində buraxar, çırpına-çırpına qalarlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın azdırdığı kəsə düz yol göstərən olmaz. O, onları öz azğınlıqları içərisində kor-koranə dolaşmaqda qoyar.
Sabirə Dünyamalıyeva:
Allah, kimi azdırsa, artıq ona yol göstərə biləcən olmaz. O, bunları azğınlıq içərisində şaşqın bir vəziyyətdə qoyar.