Əlixan Musayev:
Səndən o Saat barəsində soruşurlar ki, nə vaxt qopacaq? De: “Bu haqda bilgi ancaq Rəbbimə aiddir. (Qopacağı) vaxtı yalnız O, aşkara çıxara bilər. (Bu bilgi) göylərə və yerə də ağır gəlir. O sizə qəflətən gələcəkdir”. Sanki onu bilirmişsən kimi səndən soruşurlar. De: “Bu haqda bilgi ancaq Allaha aiddir. Lakin insanların çoxu (bunu) bilmir”.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Səndən saat (qiyamət günü) haqqında soruşarlar ki, nə vaxt qopacaq? De: “O ancaq Rəbbimə məlumdur. (Qiyamətin) qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz. Göylərdə və yerdə (Allahdan qeyri) bir kimsənin onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr!” Sən onun haqqında bir şey bilirsənmiş kimi onlar (səndən) israrla soruşarlar. De: “O ancaq Allah dərgahında məlumdur, lakin insanların əksəriyyəti (bunu) bilməz!”
Elmir Quliyev
:
Они спрашивают тебя о Часе: "Когда он наступит?" Скажи: "Воистину, знание об этом принадлежит только моему Господу. Никто, кроме Него, не способен открыть время его наступления. Это знание тяжко для небес и земли. Он настанет внезапно". Они спрашивают тебя, словно тебе известно об этом. Скажи: "Воистину, знание об этом принадлежит одному Аллаху, но большая часть людей не знает этого".
Ələddin Sultanov:
Səndən qiyamətin nə zaman qopacağını soruşurlar. De: “Onun bilgisi yalnız Rəbbimə məxsusdur. Vaxtı çatanda onu ortaya çıxaracaq yalnız Odur. Qiyamətin bilgisi göylərə də, yerə də ağır gəlmişdir. O sizə qəflətən gələcəkdir”. Sanki sən onun haqqında bir şey bilirsənmiş kimi səndən soruşurlar. De: “Onun bilgisi yalnız Allaha məxsusdur. Lakin insanların çoxu bilmir”.
Kerbelayi Malik ağa:
Səndən saatın (qiyamətin) nə vaxt qopacağını soruşurlar. De ki: ‘Onun elmi ancaq Rəbbimin dərgahındadır. Onun vaxtını Ondan başqası açıqlaya bilməz. (Bu elm) yerlərə və göylərə ağır gəldi. O, sizə qəflətən gələr.’ Sən sanki ondan xəbərdarmışsan kimi soruşurlar. ‘Onun elmi yalnız Allahın dərgahındadır.’ de. Lakin insanların çoxu bilməzlər.
Ələsgər Musayev:
Səndən lövbər atacağı saat barəsində sual edirlər ki, nə vaxt olacaq? De: «Həqiqətən, onun elmi Rəbbimin yanındadır. Ondan başqa onun vaxtını aşkar salan olmaz. Səmalarda və ərzdə o çox ağırdır. Ancaq o sizə birdən gələcək». Səndən sual edirlər sanki sən onu bilirsən. De: «Həqiqətən, onun elmi Allah yanındadır və lakin əksər insan bilməz!»
A.Mehdiyev və D.Cəfərli:
Səndən Qiyamət barəsində - onun nə vaxt baş verəcəyini soruşurlar? De: «Həqiqətən onun elmi yalnız Rəbbimin yanındadır. Onu vaxtı (çata)nda yalnız O zahir edəcəkdir. (Bu hadisə) göylərdə və yerdə (onların sakinləri üçün) ağırdır. O, sizə yalnız qəfildən gələcəkdir. Səndən, sanki sən ondan tam xəbərdarsanmış kimi soruşurlar! De: «Həqiqətən, onun elmi yalnız Allahın yanındadır, lakin insanların çoxu bilmirlər».
Kövsər Tağıyev:
Səndən qiyamətin nə zaman qopacağını soruşurlar. De ki: “Onun elmi ancaq Rəbbimin qatındadır. Onu öz vaxtında ancaq O, (Allah) ortaya çıxaracaq. O, göylərə də, yerə də ağır gəlmişdir. O, sizə ancaq bir anda gələcək”. Sanki sənin ondan xəbərin varmış kimi səndən soruşurlar. De ki: “Onun elmi yalnız Allah qatındadır. Lakin insanların çoxu bilmir”.
M.Qənioğlu və T.Bilaloğlu:
O saat [qiyamət] haqqında "Nə vaxt qopacaqdır?" - deyə səndən soruşarlar. De: "Onun xəbəri Rəbbimdədir, onu [qiyaməti] öz vaxtında yalnız O edəcəkdir. O, göylərdə və yerdə elə ağır bir yükdür ki, sizə qəflətən gələcəkdir". Onlar səndən elə soruşurlar ki, sanki sən ondan xəbərdarsan. De: "Həqiqətən, onun xəbəri Allahdadır, lakin insanların çoxu bunu bilməz".
Sabirə Dünyamalıyeva:
Sənə, Saat; qiyamətin qopacağı an barəsində sual verirlər: "Nə zaman gəlib çatacaq?" De ki: "Onun bilgisi ancaq Rəbbimin yanındadır. Onun vaxtını Özündən başqası bildirə bilməz. Onun vaxtını bilmək, göylərdə və yerdə ağır gəlmişdir/bilinməsi mümkün olmayan olmuşdur. O, sizə qəflətən gələcək." Onu səndən soruşurlar, elə bil ki, sən onu çox yaxşı bilirsən. De ki: "Onun bilgisi Allahın yanındadır. Fəqət insanların çoxu bilmir."